2005-ci ilin yanvar ayından etibarən Aşıq və musiqi folklorunun xüsusi olaraq tədqiqata cəlb olunması məqsədi ilə AMEA Folklor İnstitutunun tərkibində f.e . d. H.İsmayılovun təşəbbüsü ilə «Aşıq musiqisi» bölməsi (sektoru) yaradıldı.
2007-ci ildə bölmənin işində yaradılmış dönüşü nəzərə alaraq İnstitutun rəhbərliyi tərəfindən bölmənin şöbəyə çevrilməsi haqda AMEA-nın Rəyasət Heyətinin qarşısında vəsadət qaldırdı.
2007-ci ilin oktyabr ayında Rəyasət Heyətinin qərarı ilə «Aşıq musiqisi» bölməsinin bazasında «Aşıq musiqisi və saz ifaçılığı» şöbəsi yaradıldı.
2012-ci ildən şöbə “Musiqi folkloru” adı altında fəaliyyətini davam etirir. Şöbənin rəhbərliyi s.e.d. N.Rəhimbəyliyə həvalə olundu. Bölmənin əməkdaşları: s.ü.f.d. F.Orucov (aşıq) və N.Hüseynova.
Şöbənin fəaliyyətinin istiqaməti unudulmaqda olan xalq mahnılarının, aşıq havacatlarının toplanması, sistemləşdirilməsi və nota salınmasıdır. Bundan irəli gələrək ardıcıl olaraq Azərbaycanın müxtəlif bölgələrinə ezamiyyətlər təşkil olunur. Artıq bu istiqamətdə “Xalq mahnıları” adlı iki cildlik nəşrin birinci cildi nəşrə hazırlanmaqdadır.
Aşıq sənətiylə muğam sənətinin nəzəri təhlillər zamanı aşkara çıxan ümdə cəhətləri nəzərə alaraq şöbədə klassik muğam ifaçılıq xüsusiyyətləri, ənənələri, şikəstələr üzərinə elmi tədqiqat işlərinin aparılması, disklərin buraxılması nəzərə tutulmuşdur. Gələcəkdə «Azərbaycan musiqi folkloru» əsəri üzərində ciddi elmi tədqiqatın aparılması planlaşdırılır.
ƏMƏKDAŞLAR
|
|
Ad, soyad |
Vəzifəsi |
Əlaqə |
|

Rəhimbəyli Nailə Rasim qızı
|
şöbə müdiri
|
İş telefonu /faks:
(+994 12) 4981621
Mobile:
( +994 50) 3434371
E-mail: nrahimbeyli@yahoo.com |
|
Atakişiyeva Kəmalə Ələşrəf qızı |
|
|
|
Mirişova Fəridə Arazbəy qızı
|
|
Mobil:
(994 50) 319 0192
Email:
fmirisova@mail.ru
|
|
|
|
|
|
Abdullayeva Sevda Məmməd qızı |
böyük laborant |
|
|
Bədəlova Çilənay Hüseyn qızı |
böyük laborant |
|
|