
Mətanət Yaqub qızı Yaqubqızı
Filologiya üzrə fəlsəfə doktoru, dosent
“Klassik folklor” şöbəsinin aparıcı elmi işçisi
3 mart 1963-cü ildə Oğuz rayonunda anadan olmuşdur. 1980-ci ildə Oğuz rayonunda yerləşən 2 N-li orta məktəbi bitirmişdir. 1983-1988-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin tələbəsi olmuşdur. 1988-1989-cu illərdə təyinatla Oğuz rayonunun Mollalı kənd 8-illik məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi, 1989-1990-cı illərdə Şəki Zona Elmi Bazasında kiçik elmi işçi vəzifəsində işləmişdir. 1990-1997-ci il tarixində AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əyani aspirantı olmuşdur.
1997-2000-ci illərdə Abituriyent hazırlığı kurslarında Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsində çalışmışdır.
2001-ci ildən AMEA Folklor İnstitutunda keçirilən attestasiyaların nəticəsinə əsasən 2001-ci ildə еlmi işçi, 2005-cı ildə böyük еlmi işçi vəzifələrinə layiq görülmüşdür.
2004-cü ildə “Azərbaycan folklorunun regional xüsusiyyətləri (Şəki-Zaqatala folklor nümunələri əsasında)” namizədlik dissеrtasiyası müdafiə еtmiş, 12 aprel 2005-ci ildən filologiya еlmləri üzrə fəlsəfə doktorudur.
09.02.2018-ci ildə filologiya elmər doktoru elmi dərəcəsi adı almaq üçün “Azərbaycan mərasim folklorunun semiotikası” mövzusunda doktorluq işi götürmüşdür.
30.04.2014-cü ildən aparıcı elmi işçi, dosentdir.
4 kitab və 50-yə yaxın məqalə və tеzisləri nəşr olunmuşdur:
Elmi məqalələrin siyahısı |