Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 

"QORQUD" FOLKLOR ANSAMBLI

AMEA Folklor İnstitutunun “Qorqud” ansamblı qədim musiqi alətlərinin, unudulmaqda olan xalq mahnılarının, meydan tamaşalarının rekonstruksiyası və xalqa təqdim edilməsi istiqamətində fəaliyyət göstərir. Ansambl 1976-2014-cü illərdə “İrs” folklor ansamblı adı altında fəaliyyət göstərmişdir. Ansamblın yaradıcıları Rəşid Nəsiboğlu və Sidqi Mustafayev olub. Yarandığı gündən efirə çıxan "İrs" ansamblı daim qədimlik soraqlarını çox böyük sayğı, sevgi ilə tamaşaçılara, dinləyicilərə çatdırıb. Mələkxanım Əyyubova, Ağakərim Hafiz, Əvəzxan Xankişiyev kimi ifaçılar bu ansamblda fəaliyyət göstəriblər. Uzun illər ərzində oxunmayan qədim muğamlarımızın yenidən ifası yönündə ansamblın gərgin çalışmaları olub. Bu baxımdan "Həva" muğamının ifasını xüsusilə qeyd etmək lazımdır. Bəhram Mansurov, Vamiq Məmmədəliyev kimi musiqiçilər "Həva" muğamını soloda ifa etsələr də, sözügedən ansambl bu muğamı vokallaşdırıb.
Ansambl vaxtilə Fransa, İtaliya, Çexoslovakiya, İran və başqa ölkələrdə olub. Neçə onillərdir yaşayan, ruhumuzu daim millilik üstə kökləyən "İrs"in indi də əvvəlki inadla və xəlqi sevgi ilə yaşaması sevindiricidir. 2014-cü ildən bu ansambl respublikanın Əməkdar artisti, muğam ifaçısı, xanəndə Nuriyyə Hüseynovanın rəhbərliyi ilə “Qorqud” adı altında fəaliyyətini davam etdirir. Nuriyyə Hüseynova ansamblın tərkibində bir çox dövlət tədbirlərində çıxış etmişdir. 2002-ci ildə Fransanın Paris və Strasburq şəhərlərində “UNESCO”-nun tədbirlərində konsert proqramı ilə Azərbaycan musiqi sənətini uğurla təmsil etmiş, ansamblın ifasında “UNESCO” tərəfindən kompakt-disk buraxılmışdır. O, ansambl ilə birgə 2005-ci ildə Düşənbədə keçirilən "Qəlblərin səsi" festivalında, İstanbul şəhərində "İslam ölkələrinin mədəniyyət həftəsi" çərçivəsində təşkil edilmiş mədəni proqramlarda yüksək səviyyədə çıxış etmişdir. 2018-ci ildə UNESCO-da Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (Türksoy) 25 illiyi ilə əlaqədar konsertdə, 2019-cu ildə İstanbulda keçirilən Azərbaycan Kültür Dərnəyinin yaranmasının 80 illiyi ilə əlaqədar tədbirdə, 2019-cu ildə Türkiyənin Şanlıurfa şəhərində keçirilən "Müziğin İzinde 4 Kardeş Şehir" adlı konsertdə və Türkiyənin Camal Rəşid Rey adına İstanbul konsert salonunda çıxış edib. Nuriyyə Hüseynova həmçinin ABŞ-ın Çikaqo və Miçiqan ştatlarında uğurlu solo konsertlər verib. 2016-cı ildə Türkənistaın Marı şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar konsertdə uğurlu çıxışına görə Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdiməhəmmədov tərəfindən xüsusi mükafata layiq görülüb. 2014-cü ildən Türkiyənin Ankara şəhərinin Yunus Əmrə bələdiyyəsi ilə əməkdaşlıq edərək ənənəvi olaraq hər il keçirilən konsertlərdə çıxış edir. Nuriyyə Hüseynova 2002-ci ildən Türkiyə, İran, Rusiya, Dubay, Şarja, İordaniya, Küveyt, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Fransa, Almaniya, Rumıniya, Vyana, İsveçrə, Amerika, Kanada, Hindistan, Koreya və dünyanın əksər ölkələrində konsertlərdə Azərbaycan musiqisini uğurla təbliğ etmişdir. Ansamblın bədii rəhbəri N.Hüseynova 2007-ci ildə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına, 2021-ci ildə isə "Tərəqqi" medalına layiq görülüb.
AMEA Folklor İnstitutunun “Qorqud” folklor ansamblı bu gün də istedadlı xanəndə Nuriyyə Hüseynovanın rəhbərliyi altında ölkə Prezidentinin sərəncamı ilə həyata keçirilən respublikadakı müxtəlif tədbirlərdə uğurla çıxış etməkdədir.

 
Əməkdaşlar
 
     

Hüseynova Nuriyyə İsmayıl qızı

bölmə rəhbəri
Mobile:
+994 55 390 10 04

Əliyev Soltan Əliqulu oğlu
Rejissor köməkçisi
055 779-44-49

Muradov Ceyhun Həsənağa oğlu
Rejissor köməkçisi
050 305-52-05

Əhmədov Əlövsət Zülfüqar oğlu
Rejissor köməkçisi
 

aktyor
050 300-81-81

Tapdıqova Şəbnəm İlyas qızı
müğənni
672-45-83

Mərdanova Ülviyyə Ağarza
müğənni
 

Adıgözəəlov Aşur Bəşir oğlu
aşıq, müğənni
 

aşıq, müğənni
 
 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.