Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
09.03.2021

AMEA Folklor İnstitutu

Aşıq Ələsgər: sazın sehri və sözün şöhrəti
mövzusunda Beynəlxalq Elmi Konfrans

(Bakı şəhəri, 24 may 2021-ci il)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 18 fevral 2021-ci il tarixində Azərbaycan aşıq şeirinin mühüm nümayəndəsi, böyük sənətkar Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi haqqında Sərəncam imzalamışdır.

Aşıq yaradıcılığı Azərbaycan folklorunun mühüm qollarından birini təşkil edir. Bu ədəbiyyatın janr və mövzu baxımından zəngin nümunələrinin yaradıcıları sırasında Aşıq Ələsgərin adı xüsusilə qeyd edilir. Çünki çoxəsrlik aşıq sənətinin ən yüksək zirvəyə qalxmasında ustad aşığın misilsiz xidmətləri olmuşdur. Aşıq Ələsgərin belə xidmətlərindən biri də onun çox sayda yetirmələrinin olması və gələcəyin məşhur aşıqlarının da məhz onun tələbələri arasından çıxmasıdır. Həmin aşıqlar üçün Aşıq Ələsgərin zəngin poetik irsi əsl sənətkarlıq məktəbi olmuşdur. 

Sərəncamda da bildirildiyi kimi, Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi mədəni-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına həmişə qədirbilənliklə yanaşan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Sənətkarın yubileyləri məhz Ulu Öndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilmişdir. Böyük söz ustadının respublikamızda və onun hüdudlarından kənarda 150 illik yubiley mərasimləri keçirilərkən əlamətdar hadisə baş vermiş, azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılmışdı. Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş rəmzi kimi yaşamaqdadır.

AMEA Folklor İnstitutu görkəmli sənətkarın aşıq sənətinin inkişafındakı misilsiz xidmətlərini nəzərə alıb, ustad aşığa dərin ehtiram əlaməti olaraq Aşıq Ələsgər: sazın sehri və sözün şöhrəti mövzusunda Beynəlxalq Elmi Konfrans keçirməyi planlaşdırmışdır. Sizi Aşıq Ələsgərin zəngin yaradıcılığının müxtəlif istiqamətlərini əhatə edəcək məruzələrlə konfransda iştiraka dəvət edirik.

 

 

KONFRANSIN TƏŞKİLAT KOMİTƏSİ

Akad. Muxtar İmanov   –    AMEA Folklor İnstitutunun direktoru

 

Elmi heyət (əlifba sırası ilə):

Afaq Ramazanova  Fil.ü.f.d., dos.,  AMEA Folklor İnstitutunun şöbə müdiri (Azərbaycan)

Ağaverdi Xəlil  Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri (Azərbaycan)

Ali Duymaz – Prof.Dr., Balıkesir Universiteti (Türkiyə)

Ali Kafkasyalı – Prof. Dr., Ərzurum Universiteti (Türkiyə)

Ariuka Qelyayeva – Fil.e.d., prof., Kabarda Balkar Dövlət Universitetinin.

Bakıtgul Kulcanova – Prof.Dr., Əl-Fərabi Qazax Milli Universiteti (Qazaxıstan)

Cəlal Qasımov Fil.e.d., prof., AMEA Folklor İnstitutunun şöbə müdiri (Azərbaycan)

Elçin Abbasov  Fil.ü.f.d., dos.,   AMEA Folklor İnstitutunun elmi katibi (Azərbaycan)

Elxan Məmmədli  Fil.ü.f.d. ,   AMEA Folklor İnstitutunun şöbə müdiri (Azərbaycan)

Əfzələddin Əsgər   Fil.e.d. ,   AMEA Folklor İnstitutunun şöbə müdiri (Azərbaycan)

Əziz Ələkbərli Fil.e.d. ,   AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi   (Azərbaycan)

Fəridə Tahirova – Doç.Dr., TMEA Dil, Ədəbiyyat və Sənət İnstitutu Leksikoqrafiya şöbəsinin aparıcı elmi işçisi (Tatarıstan)

Fidan Qasımova Fil.ü.f.d., dos. AMEA Folklor İnstitutunun şöbə müdiri (Azərbaycan)

Füzuli Bayat   Fil.e.d., prof. ,   AMEA Folklor İnstitutunun şöbə müdiri (Azərbaycan)

İlkin Rüstəmzadə  Fil.ü.f.d., dos. , AMEA Folklor İnstitutunun şöbə müdiri  (Azərbaycan)

İmperiyat Xalıpayeva – Fil.e.d., prof., Dağıstan Dövlət Pedaqoji Universiteti (Dağıstan)

İslam Sadıq Fil.e.d. , AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi   (Azərbaycan)

Mamatkul Jurayev – Prof.Dr., ÖMEA Əlişir Nəvai adına D il və Ədəbiyyat İnstitutu Folklor şöbəsinin müdiri (Özbəkistan)

Məhərrəm Qasımlı Fil.e.d., prof. , AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri (Azərbaycan)

M uratgeldi Soyegov – Prof.Dr., Türkmənistan-Türkiyə Universiteti (Türkmənistan)

Nailə Rəhimbəyli   Sən.e.d., prof., AMEA Folklor İnstitutunun şöbə müdiri (Azərbaycan)

Nizami Məmmədov Fil.e.d., AMEA Folklor İnstitutunun baş elmi işçisi (Azərbaycan)

Özkul Çobanoğlu Prof.Dr., Hacettepe Universiteti (Türkiyə)

Ramazan Qafarlı Fil.e.d. , AMEA Folklor İnstitutunun şöbə müdiri  (Azərbaycan)

Rza Xəlilov   Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri (Azərbaycan)

Seyfəddin Rzasoy    Fil.e.d., prof. , AMEA Folklor İnstitutunun şöbə müdiri  (Azərbaycan)

Tudora Arnaut – Doç.Dr., Şevçenko adına Kiyev Dövlət Universiteti (Ukrayna)

 

MÜHÜM TARİXLƏR:

• Konfransda iştirak etmək istəyənlər məruzə özətlərini 25 aprel 2021-ci il tarixi​nə​dək
ashug.alasker@mail.ru elektron poçt ünvanına göndərə bilərlər ( Özət formasını səhifə sonundan endirə bilərsiniz ).

• Özətlərin qəbul edilib-edilmədiyi haqqında müəlliflərə 01 may 2021-ci il tarixinədək elektron poçt ünvanı vasitəsi ilə məlumat veriləcəkdir.

• Konfrans 24 may 2021-ci il tarixində AMEA Folklor İnstitutunda gerçəkləşdiriləcəkdir.

• Məruzələrin tam mətni 10 iyun 2021-ci il tarixinə qədər təqdim edilməlidir.

MƏRUZƏLƏRİN YAZI QAYDALARI:

•  Özətlər 150-200 sözdən ibarət olmalıdır.

•  Məqalələr e-mail ilə göndərilməlidir.

•  Yazı: Microsoft Office Word, Kağız: A4. 

•  Səhifə qaydası: Üst: 2,5, Alt: 2,5, Sağ: 2,5, Sol: 2,5 

•  Yazı puntu: Başlıq 12 şrift ölçüdə, yağlı. 

•  Məruzə: 12 şrift ölçüdə. 

•  İnterval: 1,5.

•  İstifadə edilmiş ədəbiyyat siyahısı məruzənin sonunda  “Qaynaqlar”  yarımbaşlığı altında yazılmalıdır. Ədəbiyyat siyahısı müəlliflərin soyadlarına uyğun olaraq əlifba sırası ilə düzülməli, sıra nömrəsi göstərilməlidir. Məruzədə istifadə edilməyən ədəbiyyat qaynaqlarda göstərilməməlidir. Əgər məruzəçi arxiv sənədlərindən, dissertasiyalardan, əlyazma hüququnda olan materiallardan istifadə etmişsə, onlar da “Qaynaqlar”da göstərilən qaydada yazılmalıdır. “Qaynaqlar”dan sonra  üç dildə (Azərbaycan, rus, ingilis) xülasə və açar sözlər  verilməlidir.

____________________

• Məqalələr kitabda nəşr ediləcək. Kitab konfrans iştirakçılarına pulsuz paylanacaq.

• Konfrans haqqında məlumatı www.folklor.az  səhifəsindən əldə etmək olar. 

• Məruzədə ətək yazısı (snoska) olduqda internet saytında yerləşdirilərkən problemlər yaradır. Buna görə də ətək yazısı (snoska) ilə olan məruzələr qəbul edilmir. Məruzə daxilində qaynaqlar kodlaşdırılmış qayda ilə verilməlidir. 

•  Hər bir məruzəçi üçün maksimum 10 dəqiqə vaxt ayrılacaqdır. Bölmə iclaslarının sonunda müzakirələr keçiriləcəkdir. 

•  Elektron poçt ünvanı ilə göndərilməyən və elanda göstərilmiş qaydalar əsasında təqdim edilməyən məruzələr qəbul edilməyəcəkdir.  

•  Konfransda iştirak etmək üçün ödəniş tələb edilmir.

Özət forması endir

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.