Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
13.01.2021

“Azərbaycan qorqudşünaslığı” kitabı çap olunmuşdur

AMEA-nın Folklor İnstitutu “Dədə Qorqud” şöbəsinin hazırladığı “Azərbaycan qorqudşünaslığı” elmi araşdırmalar toplusu işıq üzü görüb.
Qorqudşünaslıq elminin əsas qaynaqlarını özündə əks etdirən fundamental elmi əsərlər toplusuna XX əsrin birinci yarısında yaşayıb-yaratmış Əmin Abid, Həmid Araslı, Əli Sultanlı, Məmmədhüseyn Təhmasib, Əzəl Dəmirçizadə, Məmməd Əmin Rəsulzadə kimi klassik Azərbaycan tədqiqatçılarının əsərləri ilə bir sırada ötən yüzilliyin ikinci yarısında – yeni dövrdə elmi fəaliyyətə başlayıb eposun alt qatdakı məziyyətlərini üzə çıxaran Tofiq Hacıyev, İsa Həbibbəyli, Kamal Abdullayev, Bəkir Nəbiyev, Nizami Cəfərov, Fərhad Zeynalov, Samət Əlizadə, Şamil Cəmşidov, Bəhlul Abdulla, Ramazan Qafarlı kimi araşdırıçıların elmi əsərlərinə yer ayrılmışdır.
Sözügedən toplunun tərtibçi və “Ön söz” müəllifi Folklor İnstitutu “Dədə Qorqud” şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Ramazan Qafarlıdır. Elmi redaktoru isə Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu – İmanovdur.
“Azərbaycan qorqudşünaslığı” kitabında aşağıdakı tədqiqatlar toplanmışdır:
1.“Kitabi-Dədə Qorqud” eposunun araşdırılması tarixinə bir nəzər (Ön sözün müəllifi Ramazan Qafarlı)
2.Heydər Əliyev. Milli varlığımızın mötəbər qaynağı
3.Məhəmməd Əmin Rəsulzadə. “Dədə Qorqud” dastanları
4.Əmin Abid. Əşirət dövründəki Azərbaycan ədəbiyyatina aid vəsiqələr
5.Həmid Arasli. “Kitabi-Dədə Qorqud” haqqında
6.Əli Sultanlı. “Kitabi-Dədə Qorqud” və qədim yunan dastanları
7.Məmmədhüseyn Təhmasib. “Dədə Qorqud” boyları haqqında (I və II məqalələr)
8.Əzəl Dəmirçizadə. Sinonimlər müvaziliyi haqqında
9.Mirzə Bala Məmmədzadə. “Dədə Qorqud”
10. Əməd Cəfəroğlu. Dədəm Qorqud hekayələrinin antroponim quruluşu
11.Fərhad Zeynalov, Samət Əlizadə. Tükәnmәz xәzinә
12.Xaliq Koroğlu. “Qorqud kitabı”nda oğuz keçmişi
13.Ağamusa Axundov. “Kitabi-Dədə Qorqud” Azərbaycan dilinin qədim abidəsi kimi
14. Bəkir Nəbiyev. Əxlaqi və estetik məziyyətlər xəzinəsi
15.Tofiq Haciyev. “Dədə Qorqud kitabı”: olan və olmayan boylar
16.Yaşar Qarayev. Bütün xalqların və dövrlərin kitabi
17.Kamal Abdullayev. “Kitabi-Dədə Qorqud”da mifoloji anavariantlar (arxetiplər) sistemi
18.İsa Həbibbəyli. Qorqudşünasliq elminin genişlənən imkanları
19.Nizami Cəfərov. Xanım, hey!
20.Şamil Cəmşidov. “Kitabi-Dədə Qorqud”da coğrafi mühit
21.Ramazan Qafarlı. “Kitabi-Dədə Qorqud”un strukturu

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.