Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
31.12.2020

AMEA Folklor İnstitutu
İlhamə Cəlal qızı Qəsəbova
Filologiya üzrə fəlsəfə doktoru, dos

Müharibə dövründə İlham Əliyevin nitq siyasəti

Dünya müharibələrində siyasi xadimlər, dövlət başçıları həm də öz siyasi nitqləri ilə şöhrət qazanmışar. Diplomatik, işgüzar dil dövlətin maraqlarının qorunmasına yönəlir. Təsadüfi deyil ki, bəzən diplomatlar dilin bütün etik və kommunikativ normalarına riayət edən elitar nitqin daşıyıcıı hesab edirlər; yüksək nitq mədəniyyəti diplomatlara və onun təmsil etdiyi dövlət haqqında müsbət fikir formalaşdırır. Azərbaycanda 44 günlük Vətən müharibəsi zamanı dövlət başçısı Prezident İlham Əliyevin ictimai-siyasi nitqi ilə siyasət yürütdüyünü və nitq siyasətində də qələbə çaldığının şahidi oldu.
Antik dövrün ən məşhur natiqi, yazıçı, vəkil, görkəmli siyasi xadim Mark Tulli Siserona görə "Əsl natiq o şəxsdir ki, adi işlər haqqında sadə, böyük işlər haqqında əzəmətli, orta səviyyəli işlər barədə isə yuxarıdakılar arasında orta mövqe tutan bir üslubda danışmağı bacarsın".
Torpaqları 30 ilə yaxın işğal altında olan Azərbaycan xalqı hər an "müharibə başladı" xəbərinə hazır idi. Yetər ki, torpaqlar işğal altından qurtarsın, dədə-baba yurdlarından didərgin düşmüş insanlar öz ev-eşiklərinə qayıda bilsinlər. Və belə bir xəbər 27 sentyabr 2020-ci il baş verdi. Azərbaycanda Vətən müharibəsi, II Qarabağ müharibəsi başladı.
“Qutadqu bilik”də belə bir kəlam var: “Kamalın bəzəyi dil, dilin bəzəyi sözdür, insanın bəzəyi üz, üzün bəzəyi isə gözdür”, “hər kəsin hərəkəti onun əslinə şahiddir, hərəkəti nədirsə, əsli də odur”, “insanın özü əbədi deyil, adı əbədidir”. 44 günlük müharibə zamanı İlham Əliyevin nitq siyasəti dünya siyasətçilərini, jurnalistlərini də heyran etmişdir. Dünyanın diqqəti həmin vaxt Azərbaycana və düşmən ölkə Ermənistana yönəlmişdir. Müharibə dönəmində cəbhə boyu müzəffər Ordumuz, efirdə və xarici jurnalistlərə müsahibə verərəkən İlham Əliyev nitq siyasəti ilə hücuma keçərək düşməni susdurmağı bacarırdı.
27 sentyabrda vətən müharibəsi zamanı İlham Əliyev 30 dan artıq jurnalist və tele kanallara müsahibə verdi. Noyabrın 2-də İtaliyanın "La Republika" qəzetinə, noyabrın 6-da "BBC News" müsahibəsi zamanı İlham Əliyev sərt və tutarlı cavabları ilə jurnalisti susdurması diqqətçəkici idi. .
- Bunların heç biri həqiqət deyil?
- Tamamilə feykdir. Tamamilə. Bizim azad mediamız var. Bizim azad internetimiz var. İndi hərbi vəziyyətə görə bizim bəzi məhdudiyyətlərimiz var, lakin əvvəllər heç bir məhdudiyyət yox idi. Azərbaycanda internet istifadəçilərinin sayı 80 faizdən çoxdur. Siz internetin azad olduğu, senzuranın olmadığı və 80 faiz internet istifadəçilərinin olduğu bir ölkədə medianın məhdudlaşdırılmasını təsəvvürünüzə gətirə bilərsiniz? Bizim “Facebook”da milyonlarla insanımız var. Bizdə azad medianın olmadığını necə deyə bilərsiniz? Bu, yenə də qərəzli yanaşmadır. Bu, Qərb auditoriyasında Azərbaycan haqqında bir fikir formalaşdırmaq cəhdidir. Bizim müxalifətimiz var, bizim QHT-lərimiz var. Bizdə azad siyasi fəaliyyət var. Bizdə azad media var. Bizdə söz azadlığı var. Əgər siz bu sualı qaldırdınızsa, mən də sizə bir sual verə bilərəmmi? Siz cənab Assanjla baş verənləri necə qiymətləndirirsiniz? Bu sizin ölkədə azad mətbuatın təzahürüdür?
- Biz burada mənim ölkəmi müzakirə etmək üçün deyilik.
- Xeyr, gəlin müzakirə edək. Gəlin, müzakirə edək.
- Yox, Prezident Əliyev.
- Ermənilərin burada azad mətbuatının olmayacağı ilə bağlı məni ittiham etmək əvəzinə, gəlin, Assanj barədə danışaq. Bağışlayın, o, Ekvador səfirliyində neçə il keçirdi və nəyə görə? O, indi haradadır? Jurnalist fəaliyyətinə görə siz həmin şəxsi girov saxladınız, əslində, mənəvi və fiziki olaraq onu öldürdünüz. Bunu siz etmisiniz, biz yox. İndi o həbsxanadadır. Siz bu işlərlə məşğul olduğunuz halda, sizin azad mətbuat haqqında danışmağa mənəvi haqqınız yoxdur.
- Münaqişəyə qayıdaq...
- Bəli, yaxşı olardı ki, münaqişəyə qayıdasınız, çünki bu sizin xoşunuza gəlmir. Sizin xoşunuza yalnız ittiham etmək, hücum etmək gəlir. Amma güzgüyə baxın. Mən dəfələrlə demişəm, buraya gəlməmişdən və bizə mühazirə oxumaqdan əvvəl baxın. Siz sualınızla məni ittiham edirsiniz. Bu, sual deyil, bu, ittihamdır. Siz prokuror kimi danışırsınız. Niyə? Əgər siz bu qədər demokratik və obyektivsinizsə, nəyə görə Assanjı həbsxanada saxlayırsınız? Nə üçün? Siz onu jurnalist fəaliyyətinə görə həbsxanada saxlayırsınız.
- Mən onu həbsxanada saxlamıram, Prezident Əliyev.
- Bu, sizin xoşunuza gəlmir.
- Bu, xoşa gəlmək məsələsi deyil.
- Siz buna öyrəşməmisiniz.
- Bu, bizim müsahibənin mövzusu deyil.
- Çünki siz ancaq hücum etməyə adət etmisiniz.
- Bu, bizim müsahibənin mövzusu deyil.
- Bu, müsahibənin mövzusu deyil, amma siz bunu qaldırırsınız.
- Siz bu məsələni qaldırdınız.
- Xeyr, siz qaldırdınız.
- Siz Asanj məsələsini qeyd etdiniz.
- Siz dediniz ki, əgər ölkənizdə azad media yoxdursa, ermənilər müxalifətsiz sizin ölkədə necə yaşaya bilərlər? Bu, sizin sözlərinizdir, ittihamdır". İlham Əliyev jurnalistə verdiyi cavabı ilə cəsarətli, hərbi və siyasi işlərdə səriştəli bir şəx¬siyyət olduğunu göstərdi.
İlham Əliyevin nitqi əsas meyarları ilə məqsədəuyğun qurulurdu, nitqin məzmunu vəziyyətə, auditoriyaya, kommunikativ məqsədə görə müəyyənləşdirililir, optimal seçim zərurəti ilə etik və etiket normalarına riayət edilməsi ilə diqqətçəkici olurdu. Başqa sözlə, şəraitə uyğun danışıq üslubu seçir və ona uyğun müvafiq dil vasitələrindən istifadə edirdi. Bu xalqın dilində danışmaq bacarığının olması prinsipinə dayanırdı.
Hər bir ictimai-siyasi hərəkatda, ideoloji sistemdə obrazlar kompleksi formalaşır və əbədi arzulara, istəklərə cavab “axtarılır”: həqiqət, azadlıq, ideal cəmiyyət quruculuğu, demokratiya. İşgüzar ünsiyyətdə adresata təsir etmək, hissləri oyatmaq üçün bu ifadələr, xüsusilə metaforalar ən təsirli üsullardan biridır. İctimai-siyasi çıxışların ruhunda yüksək əqidəlilik, böyük inam, gücünə əminlik ifadə edən intonasiya, bəyanat vardır; ictimai xadim vəziyyəti düzgün qiymətləndirməli, qarşıda hansı mühüm vəzifələrin durduğunu, bu mürəkkəb şəraitin öhdəsindən gəlməyin mümkünlüyünü məharətlə şərh etməli və inandırmalıdır ki, xalqı böhrandan ancaq o çıxarmağa qadirdir. İlham Əliyev qarşısına qoyduğu mühüm məsələlərdən birincisi, vəziyyətin nə yerdə olduğunu izah etmək, ikincisi, həmin vəziyyətdən çıxış yollarını göstərmək, üçüncüsü, səriştəli, qabil, hərtərəfli fəaliyyət göstərmək imkanlarına malik olduğunu dünyaya sübüt etmək idi.
O, ağır, mürəkkəb və gərgin vəziyyətin tam məsuliyyətini dərk edərək əlindən gələni əsirgəmədi. Dost və qardaş ölkələrin mənəvi dəstəklərindən istifadə edərək xalqın etimadını doğrultmağı qarşısına bir məqsəd olaraq qoydu. Bir sərkərdə iradəsi, emosiyası ilə çıxışlarında ağır vəziyyətdən qurtulmaq üçün xalqına müraciət etdi, onları həqiqətə inandırdi, düz yol göstərdi. "Dövlətimizin qarşısında çox böyük və ağır vəzifələr durur" deyərək şüurlara aydın şəkildə çatmaq, emosiyalara təsir etmək üçün kiçik həcmli hökm-cümlələrə müraciət edərək: bütün torpaqlarımız qaytarılmalıdır, xalqımızın firəvan, xoşbəxt günləri təmin olunmalıdır, Bu işğal məsələsi qurtarmalıdır, sülh yaranmalıdır, hər şey biz deyən kimi olmalıdır, köçkün və didərginlər öz ata-baba yurdlarına qayıtmalıdır-deyərək xalqı qələbəyə doğru səsləyirdi.
İlham Əliyev jurnalistlərə müsahibə verərkən yüksək kübarlıq nümayiş etdirirdi. Azərbaycan dilində səlis danışırdı, heç zaman rus sözlərindən istifadə etmirdi. O bir natiq kimi zəngin söz ehtiyyatına malik olduğunu nümayiş etdirdi. Danışarkən duruxmaz, söz axtarışında olmaz, nitq söyləyərkən söz və ifadələrin təkrarına yol verməzdi. Düzgün seçilən nitqi təsirli idi. Onun nitqi estetik cəhətdən gözəl idi, çünki, çıxışı zamanı ifadəlilik vasitələri yerində işlədilirdi. Leksik və farazeoloji sinonimlər, nidalar, müraciətlər, ritorik suallar yerli-yerində idi. Bir Ölkə Başçısının kamil nitq siyasəti nümayiş etdirməsi üçün bu məziyyətlərin olması vacibdir və bu İlham Əlievdə var.
28 oktyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Almaniyanın ARD televiziya kanalına müsahibəsi zamanı jurnalist bir sıra qərəzli, qeyri-dəqiq, bəzən də yalana əsaslanan suallar verdi. Amma belə yanaşma İ.Əliyevi çətin vəziyyətə qoymadı və o, verilən suallara dəqiq cavablar verdi.
“Biz orada, bu ərazidə olduqda bizdə bir sual ortaya çıxdı. Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır?” sualının cavabında Prezident İlham Əliyev “Elzas-Lotaringiya sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik.
– Siz qəbul edirsiniz ki, bu regionda insanların əksəriyyəti dünya üzrə əksər tarixçilərin dediyi kimi, ermənilər olub?
– Tarixə gəlincə, sizə deyə bilərəm ki, ermənilər bu regiona XIX əsrin əvvəlində Qarabağ xanlığı ilə Rusiya imperiyası arasında sülh sazişindən, - onu İbrahim Xəlil xan və rus generalı Sisianov imzalamışlar - sonra köçürülüb və ya gətirilib.
– Onlar orada əsrlərboyu yaşamırlar?
– Xeyr, xeyr. Onlar Dağlıq Qarabağa 1805-ci, 1813-cü, 1828-ci illərdə imzalanmış Kürəkçay, Gülüstan və Türkmənçay sülh sazişlərindən sonra köçürülməyə başlayıblar. İnternetdə görə bilərsiniz. Bu sazişlərdə ermənilər qeyd olunmur. Ermənilər sonradan Çar Rusiyası tərəfindən Şərqi Anadolu və İrandan regionun etnik və dini tərkibini dəyişdirmək məqsədilə gətiriliblər.
İlham Əliyevin nitqi olduqca məntiqli və rabitəli nitqdir. Heç bir qeydə baxmadan danışır. Faktlar, sübutlar gətirir, dinləyiciləri yormadan təmkinlə danışır. İti yaddaşı və güclü hafizəsi ilə 44 günlük müharibə dövründə hamını heyran etdi. O hərbi və siyasi ideyalarını jurnalistə tez aşılaya bilirdi. Bunu aşağıdakı suala verdiyi cavabda da görmək mümkündür:

– Belə çıxır ki, tarixçilərin, Qafqaz regionu üzrə ekspertlərin əksəriyyəti səhv edirlər?
– Bəli, əlbəttə. Çünki sənədlərə baxın. Tarixçilər, hansı tarixçilər? Müxtəlif tarixçilər var və bəzən tarix siyasi üstünlüklərlə motivasiya olunur. Lakin həmin sənədlərə baxın, internetdə var və siz görə bilərsiniz. Əgər siz erməni əhalisi ilə bağlı hər hansı qeyd tapsanız, deyərsiniz ki, mən səhv edirəm. Beləliklə, bu, belə olub. Lakin digər məsələ ondan ibarətdir ki, bəli, onlar 200 il ərzində orada yaşayıblar və “Qarabağ” sözü Azərbaycan sözüdür, erməni sözü deyil. Siz bilirsiniz onlar Dağlıq Qarabağın qondarma paytaxtını necə adlandırırlar? Stepanakert. Bilirsiniz kimin şərəfinə adlandırılıb? Stepan Şaumyanın. Erməni əsilli rus bolşeviki Stepan Şaumyan 1918-ci ildə azərbaycanlılara qarşı soyqırımı törətmiş cinayətkar dəstənin rəhbəri idi. Əgər bu, qədim Ermənistan ərazisi idisə, niyə Qarabağ adlandırılır? Niyə paytaxt şəhər hansısa qədim adla deyil, Stepanakert adlanır? Çünki onlar orada 200 il yaşayıblar. 1978-ci ildə orada yaşayan ermənilər Dağlıq Qarabağa gəlişlərinin 150 illiyi münasibətilə abidə ucaltdılar. Bu, tarixdir. Lakin bir daha deyirəm, onlar 200 il boyunca yaşayıblar və biz onların yaşamağını istəyirik. Mən dəfələrlə demişəm ki, biz azərbaycanlıların geri qayıtmağını və ermənilərin 200 il boyunca tarixən yaşadıqları ərazidə yaşamağını istəyirik, nəyin bahasına olursa-olsun” deyə sərt cavabını verdi.
Həmçinin jurnalist Bakıda Türkiyə əsgərlərini gördüyünü qeyd edəndə Prezident burada, Bakıda, hətta alman əsgərlərini görə biləcəyini bildirib və bunun cəbhədə vəziyyətlə heç bir əlaqəsinin olmadığını da qeyd etməsi jurnalistin yalan xarakter daşıyan sualına yerindəcə kəskin cavab verməsi kimi dəyərləndirilir.
İlham Əliyev nitqini dinləyiciyə görə müəyyən edir, harda, nə zaman, nə haqqında danışacağını gözəl bilirdi. O dinləyiciləri nəzərə alaraq danışır. Çıxışını hər kəsin başa düşəcəyi dildə müəyyən etsə də, həm də siyasi faktları da işlətməyi unutmurdu. Ən böyük məharətlərindən biri də istənilən sahədə danışarkən həm də o sahəni dinləyiciyə sevdirməsi idi. O hərbi texnikalar haqqında o qədər maraqlı məlumatlar verirdi ki, onu dinlədikdən sonra istəyirdin ki, o sahəni daha dərindən öyrənəsən. Bu bir natiq üçün böyük uğurdur.
Türk kanallarına müsahibə zamanı atalar misalından da istifadə edərək "Açarıq sandığı, tökərik pambığı" deməklə üstü örtülü ismarıc da etmiş oldu. Dəqiqlik nitqin ilk və əsas şərtlərindən biridir. Fikrin aydın izahı düşüncənin nəticəsidir. İlham Əliyevin dəqiq və yığcam nitqi onun söz ehtiyatının zəngin olması hesabına başa gəlir. Natiq üçün əsas keyfiyyətləridən biri də yaddaşdır. Yaddaşı güclü olan savadlı adamın həmişə deməyə sözü olur, çıxışını maraqlı qurur, faktlardan yerli yerində, məqamında istifadə edir. Tarixi faktları yaddaşında saxlamaq və bu faktları məqamında istifadə etməyi İlham Əliyevin çıxışlarında 44 gün ərzində müşahidə edilirdi.
Nitq həm də sadə və səmimiyyəti ilə seçilməlidir. İlham Əliyevin səmimi və sadə nitqi daim xalq tərəfindən yüksək alqışla qarşılandı və bütün əsgər anaları onun səmimi çıxışından fərəhlənir, döyüş bölgəsində olan övladları üçün narahatlıq hissi keçirmirdilər. Onun "Bütün şəhid ailələri qarşısında baş əyirəm", "Torpaqlarımızı Şəhidlərimizin qanı bahasına alırıq", "İşğal altında olan torpaqlarımızı işğaldan azad edən öncə əsgər və zabitlərimiz sonra Generallarımızdır", "bunu xalqıma bəyan edirəm", "mən, xalqımın etimadını qazanmışam", "mən, xalqıma güvənirəm", "biz dəmir yumruq kimi birləşmişik", "bütün torpaqlarımızı geri qaytaracağıq", "bu, bizim hər birimizin xoşbəxt anlarıdır", "İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq", "Qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərdi", "Biz dəmir yumruq kimi birləşmişik", "Torpaqlarımızın alınması əsgərlərimizin, zabitlərimizin və güclü Ordumuzun sayəsində olur" kimi ifadələr işlətməklə səmimiyyətini xalq qarşısında nümayiş etdirirdi. İlham Əliyevin nitqinin aydınlığı, ifadə etdiyi fikrin asan qavranılması, həmişə diqqət mərkəzində olması, səlislik və yığcam danışığı, xalqın fəhləsindən tutmuş, ziyalısına, körpəsindən böyüyünə qədər hər kəsin anlamasına səbəb olurdu. Onun aydın nitqi sözlərin tələffüzü ilə bağlı idi. Ümumxalq danışıq dili elementlərindən, fikrin asan qavranılmasına kömək edən, xalqın ümumi səviyyəsinə uyğun olan sözlərdən istifadə etməsi dil zənginliyinin təzahürü və doğma ana dilinə olan sevgi idi.
44 günlük Vətən müharibəsi zamanı heyrət, qəzəb bəzən kədər, bəzən isə xoşbəxtlik Ölkə başçısının parlaq gözlərində, aydın görünürdü. Hər kəs İlham Əliyevin mimikalarını “oxuya”, “anlaya” bilirdi. İstər Hərbi-siyasi, istərsə də gündəlik məsələlərdə xalq onun emosional çıxışının təsirini altında yaşayırdı.
İlham Əliyevin çıxışlarını maraqlı edən səsbəblərdən biri də çıxışı zamanı yeri gəldikcə jest və mimikalardan, bəzən ironiyalardan da istifadə etməsi idi. Danışarkən jest və mimikadan yerində istifadə edərdi. Diksiyası olduqca yüksək səviyyədə idi. Mimika və sifət jestləri ilə ən incə əhvali-ruhiyyəni dəqiq ifadə edilirdi. Mimikalar bizə həmsöhbətimizi daha yaxşı və onun hansı hisslər keçirdiyini başa düşməyə imkan verir. Beləcə, üzdə ifadələr qaşların dikəlməsi İlham Əliyevin çıxışındakı mimik ifadələrdə də səmimi olduğunu göstərirdi.
Vətən müharibəsi başlayan ilk gündən Ermənistanın baş naziri Nikol Paşinyanı ələ salması, onun dediyi sözləri ironik çıxışlarla söyləməsi olduqca xoş qarşılandı. "Noldu Paşinyan"-sözü hamının dilində əzbərə çevrildi. "Bəs deyirdin Kəlbəcərə yol çəkəcəm-noldu Paşinyan","İti qovan kimi qovacağıq", "Onun-bunun dabanını yalayan", "düşük", "öz xalqını da alçaldan" kimi ifadələr dillərdə əzbər oldu. Əslində bu da bir siyasi addım idi. "Biz heç vaxt sivillərə atəş açmamışıq və heç zaman da atmayacağıq" deməklə xalqının mətinliklə öz torpaqlarından çıxmamaqları, ermənilərin psixoloji təsirinə uymamaları kimi izah etdi.

İlham Əliyev nitqi zamanı fasiləyə, vurğuya, melodiya və tempə diqqət edir bu da onun nitqinin kamilliyini göstərirdi. Türk, ingilis və rus dillərində olan müsahibələrində də yüksək nitq nümayş etdirirdi.
Azərbaycan Respublikasının Prezidenti, Ali baş komandan İlham Əliyev görkəmli natiq, söz ustası kimi tarixdə qalacaq. Onun nitqləri, çıxışları, səmimi söhbətləri, natiqlik məharəti öyrənilib dərsliklərə daxil ediləcək, və siyasi nitqindəki, əminlik, güvənlik, düzgün hərbi strategiya qurma prinsipləri hər bir gənc üçün, eləcə də natqlik sənətinə yiyələnmək istəyənlər üçün daim maraq kəsb edəcək. İlham Heydər Oğlu Əliyev Qarabağ savaşını həm də nitq siyasəti ilə qalib gəldi.
İlham Əliyev 44 günlük 2-ci Qarabağ savaşı, Vətən müharibəsi zamanı yenicə dil açmış 1 yaşlı körpədən tutmuş, 100 yaşlı ağsaqqala qədər hər kəsi siyasətçi etdi. Hər kəsi ətrafında cəm etdi və dillərdə bir şüar qaldı: "QARABAĞ BİZİMDİR, QARABAĞ AZƏRBAYCANDIR!

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.