Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
29.12.2020

Folklorşünas alimin məqaləsi “Web of Science” bazasında indeksləşən jurnalda dərc edilib

AMEA-nın vitse-prezidentinin xidmətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Hikmət Quliyev in “Molla Nəsrəddin obrazına psixoanalitik yanaşma” adlı məqaləsi “Web of Science” bazasına daxil olan “Journal of Ethnography and Folklore” jurnalında dərc edilib.

Məqalədə müəllif Molla Nəsrəddin obrazını psixoanalitik kontekstdə Azərbaycan və digər türk xalqlarından toplanılmış lətifələr əsasında təhlil edib. Alim ilk dəfə olaraq Molla Nəsrəddin obrazının təbiətindəki gülüşdoğurucu davranışların mahiyyətini daha dərin etioloji analiz imkanı yaradan metafolklorik materiallar, əfsanə, rəvayət, inanc, alqış və s. əsasında araşdırıb.

Tədqiqatda Molla Nəsrəddin obrazının psixogenezisi bu obrazın gülüşdoğurucu qəhrəmana çevrilməsinin məntiqini izah edən “Şeyxin qoçu” rəvayətinin çoxsaylı mətn variantlarının təhlilə cəlb edilməsi ilə həyata keçirilib. Təhlil zamanı xalq arasında Molla Nəsrəddinlə bağlı olan inanc və deyim mətnləri, o cümlədən, “Molla Nəsrəddini söymək olmaz”, “Mollanın adını çəkəndə gərək “Allah rəhmət eləsin deyəsən, demədinsə, gərək yeddi lətifəsini danışasan”, “Mollanın adını çəkəndə gərək salavat çevirəsən” və s. kimi ifadələrə də diqqət yetirilib. Qeyd olunub ki, Molla Nəsrəddin obrazı barədə mövcud olan belə epitetlər onun ənənədəki sakral-mistik mahiyyətindən qaynaqlanır. Həmçinin müəyyənləşdirilib ki, Molla Nəsrəddin obrazının müdriklik və axmaqlıq, ağıllılıq və cahillik, dürüstlük və kələkbazlıq kimi xüsusiyyətlər əsasında formalaşan xarakteri onun təbiətindəki oppozisional mahiyyəti təcəssüm etdirir. Məqalədə Molla Nəsrəddin obrazının təbiətindəki paradoksallığın psixogenezisi onun mədəni ənənədəki bütöv mahiyyəti, ayrı-ayrı emosiya və disskurslarda ifadə olunan fərqli interpretasiyalar əsasında öyrənilib.

Müəllif xalq düşüncəsində mövcud olan “gülmə qonşuna gələr başına” stereotipinin Molla Nəsrəddin obrazı ilə bağlı metafolklorik faktlarda da yaradıcı mexanizm kimi özünü büruzə verməsini diqqətə çatdııb və bu kontekstdə Şeyxin qoçunun kəsilməsi zamanı Molla Nəsrəddinin gülməsinin ona qarğış olunması, həmin qarğışın isə Nəsrəddini “ellər gülüncü”nə çevirməsindən ibarət hadisələr zəncirini psixoanalitik kontekstdə təhlil edib. Bütün bu faktları analiz edən müəllif gülüşə “işlədilmiş günahın cəzası” aspektindən yanaşma irəli sürür.

Eyni zamanda Molla Nəsrəddinin “saxsıda” və yaxud “ağzında dişlə” doğulması, “dünyaya gələrkən ağlamaq əvəzinə gülməsi” və s. kimi unikal faktları bir araya cəlb edən müəllif xalq təsəvvüründə obrazın genezisi barədəki metaforik-simvolik semantikanı şərh edib. Bütövlükdə, folklor vasitəsilə yaşadılan və ötürülən sosial stereotiplərin gülüş kontekstində özünə aktuallaşma imkanı tapmasını diqqət mərkəzinə gətirən müəllif qeyd edib ki, bu gün də canlı olan və yeni yaradıcılıq proseslərində iştirak edən Molla Nəsrəddin obrazı (ümumiyyətlə, lətifələr) psixoloji kompleks və konfliktlərin ifası üçün “əlahiddə” tribunadır. Təsadüfi deyil ki, Molla Nəsrəddin obrazı İnternet folklorunun, eləcə də virtual lətifələrin ən geniş yayılmış və ən çox müraciət olunan qəhrəmanlarından biridir.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.