
Ramiz Kərəm oğlu Ələkbərov
(1961-2020)
AMEA Folklor İnstitutunun Şəki bölməsinin rəhbəri, Yazıçılar Birliyinin üzvü, folklorşünas alim, şair Ramiz Kərəm ömrünün 59-cu ilində vəfat edib.
Ramiz Kərəm oğlu Ələkbərov 1961-ci ildə Gədəbəy rayonunun Ataxal kəndində anadan olub.
Şair 1977-ci ildə Azərbaycan Pedaqoji Universitetinin filologiya fakültəsinə daxil olmuş və 1981-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Azərbaycan Pedaqoji Universitetini bitirdiyi ildən etibarən 2006-cı ilə qədər pedaqoji sahədə fəaliyyət gostərmişdir. 2010-cu ildən isə Azərbaycan Milli Elmler Akademiyası Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsində kiçik elmi işçi kimi fəaliyyətə başlamışdır . 2015-ci ildən etibarən Folklor İnstitutunun Şəki bölməsinin rəhbəri vəzifəsində çalışmışdır.
Ramiz Kərəm eyni zamanda “Bütün sevdiklərim, unutduqlarım” (2007) və "Mən sözdən asıldım" (2015) adlı kitablarının müəllifi olmuşdur.
Folklor İnstitutunun rəhbərliyi və kollektivi adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı veririk. Allah rəhmət eləsin!