Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
22.05.2020

Akademik Muxtar İmanovun moderatorluğu ilə onlayn konfrans keçirilib

Mayın 22-də Azərbaycan Dillər Universiteti Filologiya fakültəsinin təşəbbüsü, Azərbaycan ədəbiyyatı və Azərbaycan dilçiliyi kafedralarının təşkilatçılığı ilə “Respublika günü” adlı onlayn konfrans keçirilib.
Konfransı giriş sözü ilə AMEA Folklor İnstitutunun direktoru, Azərbaycan Dillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov açıb. O qeyd edib ki, “Azərbaycan Cümhuriyyəti dini yox, dünyəvi təməllər üzərində qurulan bir dövlət idi. Dini dəyərlərə böyük ehtiramla yanaşan, bayrağındakı yaşıl rəngin rəmzi mənasına sadiq qalaraq ölkədə İslam dini ilə bağlı qurumların sağlam əsaslarla fəaliyyət göstərməsinə hər cür şərait yaradan Azərbaycan Cümhuriyyətinin özündən əvvəlki Şərq dövlətlərindən mühüm bir fərqi onda idi ki, Cümhuriyyət dini qurumların siyasi proseslərdə iştirakını nəzərdə tutmurdu, məlum və məşhur bir ifadə ilə desək, Cümhuriyyət «dindən ayrı» dövlət idi. Azərbaycan Cümhuriyyətinin irəli sürdüyü və ardıcıl olaraq həyata keçirdiyi siyasi kursda ən önəmli məsələlərdən biri milli mədəniyyət məsələsi idi. «Milliyyət din üzərində deyil, dil və mədəniyyət üzərində qurulur» – deyən cümhuriyyətçilər milli şüurun formalaşmasında, müstəqil dövlətçilik ideyalarının cəmiyyətdə tədricən oturuşması və reallığa çevrilməsində ədəbiyyat və incəsənətin rolunu xüsusi qiymətləndirirdilər. Məmməd Əmin Rəsulzadə deyirdi: «Azadlıq və istiqlaliyyət süngülərlə yox, ədəbiyyat və incəsənət vasitəsilə əldə olunur». «Kültür sinfi deyil, millidir» – deyən Cümhuriyyət liderləri həm məzmun, həm də formaca milli olan mədəniyyətin inkişafı üçün hər cür şərait yaratmağa çalışırdılar. Bakıda milli kitabxananın, milli muzeyin, milli teatrın, milli təhsil ocaqlarının yaradılması Cümhuriyyətin mədəniyyət, elm və təhsil siyasətinin əsas isiqamətlərindən xəbər verən səciyyəvi tarixi faktlardır. Dövlətçilikdə dünyəvi dəyərləri milli dəyərlərlə üzvi şəkildə qovuşduran Cümhuriyyət liderləri bu xətti mədəniyyətə münasibətdə də nəzərə alır və bu istiqamətdə tarixdə iz buraxan mühüm işlər görürdülər.


Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2018-ci ilin Cümhuriyyət ili elan edilməsi, Cümhuriyyətin 100 illiyi münasibətilə ölkədə və dünyada müxtəlif tədbirlərin həyata keçirilməsi bir daha onu göstərir ki, Cümhuriyyət irsinin öyrənilməsi müstəqilliyimizin möhkəmlənməsində rol oynayan amillərdən biridir”.
Azərbaycan dilçiliyi kafedrasının professoru, fil.ü.e.d. Adil Babayev Azərbaycan Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində gördüyü işlər haqqında danışıb, ayrıca olaraq elm və mədəniyyət yönündəki tədbirlərin qısa icmalını verib.

Konfransda Filologiya fakültəsinin II kurs tələbəsi Rövşənova Ləman “Republic Day in Azerbaijan” (“Azərbyacan Respublika günü”, ingiliscə), III kurs tələbəsi Sevinc Məmmədova “Die erste demokratische Republik in der muslimischen Welt” (“Müsəlman dünyasında ilk demokratik Respublika”, almanca), III kurs tələbəsi Səmra Novruzova “History of Azerbaijani Republic Day” (“Azərbyacan Respublika gününün tarixi”, ingiliscə), III kurs tələbəsi Ülviyə Əfəndi “Hier et aujord’hui de la Rèpublique d’Azerbaïdjan” (“Azərbaycan Respublikasının dünəni və bu günü”, fransızca) I kurs tələbəsi Leyla Məmmədyarova “History of Republic Day” (“Respublika gününün tarixi”, ingiliscə), I kurs tələbəsi Sənan Cabbarlı “Bandera escudo eterno” (“Əbədi qalxan bayraq”, ispanca) məruzə ediblər.
Sonra onlayn konfrans məruzələr ətrafında müzakirələrlə davam edib.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.