Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
15.05.2020

AMEA Folklor İnstitutunun Mərasim folkloru şöbəsində “Xalq mərasimləri: ənənə və mövcud şərait” adlı növbəti onlayn seminar keçirilib

2020-ci il may ayının 15-də AMEA Folklor İnstitutunun Mərasim folkloru şöbəsində “Xalq mərasimləri : ənənə və mövcud şərait” adlı növbəti onlayn seminar keçirilib.

Seminarda Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyevin rəhbərliyi ilə pandemiya şəraitində əhalinin xəstəliyə yoluxmasının qarşısının alınması sahəsində atılan önəmli addımlar, verilən qərarlar, görülən tədbirlər dərin şükranlıq və minnətdarlıq duyğuları ilə qeyd edilib.

Ölkə prezidentinin vaxtında verdiyi qərarlar nəticəsində Azərbaycan bu təhlükəli epidemiyadan minimum itki ilə çıxmaqdadır. Bu nəticənin alınmasında ciddi sosial izolyasiya tədbirlərinin rolu olduqca böyükdür.

Seminarda kütləvi toplantı xarakterli bütün növ tədbirlərin təxirə salınmasının xəstəliklə mübarizədə əhəmiyyətli rol oynadığı qeyd olunub. Belə kollektiv toplantılar içərisində xalq mərasimlərinin də mövcud şəraitə uyğunlaşdırılmasının qərarlarla tənzimlənməsinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, xalqın sağlamlığını ən önəmli məsələ hesab edən ölkə prezidentinin qərarlarına və tapşırıqlarına uyğun olaraq mərasimlərin təxirə salınması və ya məhdud çərçivədə icra edilməsi virusun yayılma ehtimalını azaltmaq üçün vacibdir. Mərasimlərin məhdud çərçivədə və təklif edilən virusdan qorunma qaydalarına uyğun keçirilməsi uzun müddət qüvvədə saxlanılmalıdır.

Seminarda edilən çıxışlarda mövcud şərait milli ənənə kontekstində təhlil edilib. Göstərilib ki, milli adət və ənənələrimizdə toy və şənlik mərasimlərinin təxirə salınması hadisəsi mövcuddur. Bu təkcə təhlükəli vəziyyətlə bağlı deyil, eyni zamanda digər hadisələrlə də bağlı ola bilir. Milli tariximizdə və taleyimizdə yeri olan kədərli hadisələr də şənlik mərasimlərinin, karnaval, festival və s. ritualların təxirə salınmasına səbəb olmuşdur. Bizim ənənəyə görə toy mərasimləri üçün ən uyğun zaman payız ayiarı hesab edilmişdir. Yaxınları, qohumları vəfat edən şəxslər toy mərasimlərini bəzən 40 gün, bəzən də bir il təxirə salıblar. Təxirə salınması çətin olan mərasimlər məhdud çərçivədə və saya şəkildə keçirilib. Bu zaman toyun təntənəli hissəsindən (musiqi, yemək-içmək) imtina edilib. Mütəvazi bir şəkildə toyun vacib hissəsi minimum iştirakçı ilə icra edilib.

Yas mərasim kompleksinin hazırda dəfn ritualı məhdud sayda iştirakçı ilə icra edilməkdədir. Seminarda məhdudlaşdırma qərarının uzun zaman qüvvədə saxlanmasının vacibliyi qeyd olunub. Xəstəliyə yoluxma riskinin mərasimlərdə yüksək olmasının diqqətdə saxlanmasının vacibliyi vurğulanıb.

Mərasimlərin minimum çərçivədə keçirildiyi rituallarda da yoluxmaya riskli qrupların, o cümlədən yaşlı insanların iştirakının məhdudlaşdırılmasının əhəmiyyətindən bəhs olunub.

Seminarda edilən çıxışlarda mərasimlərin mövcud şəraitə uyğunlaşdırılması ənənə və reallıq kontekstində təhlil edilib. Mövcud şəraitlə bağlı mərasimlərin tənzimlənməsinin vacibliyi göstərilib. Toy və yas mərasimlərində yol verilən israflar tənqid edilib. İsrafın, yersiz təntənə və təkəbbürün mənəvi dəyərlərimizə zidd olduğu göstərilib. Mövcud şəraitə uyğun olaraq mərasimin zəruri ritual hissəsinin məhdud çərçivədə və təvazökar şəkildə icrasının milli ənənədən gələn mənəvi dəyər konseptlərimizə uyğunluğu izah edilib.

Onlayn seminarda Mərasim folkloru şöbəsinin əməkdaşları iştirak ediblər.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.