Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
16.04.2020

AMEA Folklor İnstitutu “Cənubi Azərbaycan folkloru” şöbəsi onlayn iclas keçirdi

16 aprel, 2020-ci il. Saat 16:00.

AMEA Folklor İnstitutu “”Cənubi Azərbaycan folkloru” şöbəsi əməkdaşlarının onlayn iclası keçirildi.
Şöbə əməkdaşları “Cənubi Azərbaycan folkloru” şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Mətanət Abbasovanın bütün dünyada tüğyan edən koronavirus pandemiyasına qarşı ümumxalq hərəkatına ciddi əməl olunması yönündə həyata keçirilən “Biz birlikdə güclüyük” devizinə əməl olunmasının əhəmiyyəti barədə açıqlamalarını dinləyərək, verilən tövsiyələrə əməl olunduğunu bildirdilər.
M.Abbasova ilin ilk rübü üzrə plan işləri çərçivəsində şöbənin fəaliyyəti barədə yığcam məlumat verərək, Güney Azərbaycan folkloru örnəklərinin toplandığı IX cildin mükəmməl bir şəkildə nəşrə hazırlandığını diqqətə çatdırdı. Növbəti X cildin folklor materiallarının da xeyli hissəsinin toplandığından söz açan şöbə müdiri bu işdə xüsusi əməyi olan əməkdaşlardan Qiymət Məhərrəmli və Səbuhi Bədəlovun (transliterasiya işləri, redaktə), dinləmə materiallarını yazıya alan Lalə Bədirovanın, eyni zamanda bu materialların yığım, korrektə və redaktə məsələlərini həyata keçirən Ramiz Ələkbərov, Səadət Əliyeva və Lalə Rzayevanın əməyini təqdir edərək, lazımi tövsiyə və məsləhətlərini verdi. Çap materiallarının sayta yerləşdirilməsi və təbliğində Soltan Soltanlının, folklor materiallarının rus dilinə tərcüməsi sahəsində Nailə Əbilovanın uğurlu işlərinə də diqqəti cəlb edən M.Abbasova, bu fəaliyyətin Güney Azərbaycan folklor nümunələrinin daha mükəmməl və mütəşəkkil bir şəkildə toplanıb nəşr edilməsinə kömək edəcəyini xüsusi vurğuladı.

Daha sonra şöbə əməkdaşlarının rüblük hesabatı dinlənildi. Q.Məhərrəmli “Sulduz aşıq mühiti” adlı plan işi üzərindəki araşdırmaları, transliterasiya işləri, 2020-ci ilin ilk dörd ayı ərzində dövri mətbuatda beş elmi-publisistik məqalə çap etdirdiyi və elmi konfranslarda iştirak məqsədilə hazırladığı üç elmi məqalənin mövzuları barədə məlumat verdi. S.Bədəlov “Təbriz bayatıları”ndan transliterasiya etdiyi sayalar adlı bayatıları çapa təqdim etdiyini, eləcə də “Şifahi el ədəbiyyatına bir baxış” kitabından transliterasiya nümunələri üzərində işlədiyini bildirdi. Hazırda çapda iki elmi məqaləsi olduğunu qeyd etdi. L.Bədirova “Hüsnü Pəri”, “Şah İsmayıl”, “Hoca və çobanın deyişməsi”, “Kürəkən və pedrazan” dastanlarını dinləyib yazıya köçürdüyünü, hazırda “Nəcəf” dastanı üzərində işlədiyini bildirdi. S.Əliyeva “Ənnəmlə mən” dastanının təhlili üzərində işlərini davam etdirdiyindən danışaraq, Güney folklor örnəklərinin IX və X cildlərinin elektronlaşdırılması ilə məşğul olduğu haqda da məlumat verdi. N.Əbilova tərcümə etdiyi dastanlar barədə məlumat verərək, onların gələcəkdə ayrıca bir kitab halında nəşr olunması məsələsini irəli sürdü, Güney folklor örnəklərinin rusdilli oxuculara gərəkli bir töhfə olacağına ümid etdiyini bildirdi.
Onlayn iclası yekunlaşdıran M.Abbasova, şöbə əməkdaşlarının ilin birinci rübü ərzindəki fəaliyyətini qənaətbəxş hesab edərək, evdə olduqları müddətdə əməkdaşlara daha böyük ruh yüksəkliyi və dəyərli elmi aradırmalar aparmaq yolunda uğurlar arzuladı.

Q.Məhərrəmli

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.