Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
14.03.2020

Azərbaycanlı alimin rəhbərliyi ilə beynəlxalq elmi konfrans keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Ramazan Qafarlının rəhbərliyi ilə Türkiyənin paytaxtı Ankarada II Beynəlxalq elmi araşdırmalar konqresi keçirilib.

Folklor İnstitutundan AZƏRTAC-a bildirilib ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Ukrayna, Rusiya və Moldovadan alimlərin iştirak etdiyi beynəlxalq konfransda texniki və humanitar elm sahələrini əhatə edən doqquz bölmə üzrə 98 məruzə dinlənilib, müzakirələr aparılıb.


Konfransda professor Ramazan Qafarlının “Dədə Qorqud” eposunun “Türkmən-lisani” nüsxəsinin struktur-semantik xüsusiyyətləri”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Həcər Hüseynovanın “Türk dilinin dünya dillərinə təsiri (rus dili)” mövzularında məruzələri maraqla qarşılanıb. Tədbirdə, həmçinin Bakı Dövlət Universitetinin dosenti Güləhməd İmanov və AMEA-nın Folklor İnstitutunun dosenti Aynur Cəlilova məruzələrlə çıxış ediblər.

Konfrans iştirakçılarına R.Qafarlının imzaladığı sertifikatlar təqdim edilib.

Tədbir çərçivəsində gənc alim Əlvan Cəfərovun Türkiyənin İksad nəşriyyatında çap olunan “Azərbaycan Respublikasının Ağdam rayonu dialektlərinin toplanması və linqvistik təhlili” kitabının imza günü keçirilib.

Konfransın yekun iclasında professor Ramazan Qafarlı xüsusi diplomla mükafatlandırılıb.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.