Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
25.02.2020

Folklor İnstitutunda Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib

Fevralın 25-də AMEA Folklor İnstitutunda Xocalı faciəsinin 28-ci il dönümü ilə bağlı tədbir keçirilib. Öncə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov açıb, vurğulayıb ki, 1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş və faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri Xocalıda baş vermiş soyqırımıdır. Belə ki, bir gecənin içində qədim Xocalı şəhəri yerlə-yeksan edilib. Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçıb. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələyib, onlara divan tutulub. Yüzlərlə insandan 56 nəfəri xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilib. Onlar diri-diri yandırılıb, başları kəsilib, üzlərinin dərisi soyulub, hətta körpə uşaqların gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə yarılıb. Muxtar Kazımoğlu-İmanov bu soyqırımı hadisəsinin qiymətləndirilməsi, dünyaya tanıdılması istiqamətində hər bir kəsin öhdəsinə böyük vəzifə düşdüyünü bildirib.


Sonra İnstitutun Folklor studiyasının Xocalı faciəsi ilə bağlı hazırladığı video çarx izlənilib.
İclas iştirakçılarından “Mərasim Folkloru” şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ağaverdi Xəlil çıxış edərək bu soyqırımı törədənlərin hələ də cəzalandırılmadığını bildirib.
Tədbirdə “Cənubi Azərbaycan folkloru” şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli Xocalı faciəsini XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə bir sırada durduğunu bildirib. Sonda isə faciə ilə bağlı yazdığı “O gecə” şerini səsləndirib.


Fil.ü.f.d., dos., şair Şakir Albalıyev erməni vəhşiliyinin bütün üzünü tam çılpaqlığı düşmənin əsirliyində olarkən gördüyünü tədbir istirakçılarının nəzərinə çatdırıb.
Müğənni Aşur Adıgözəlov Vətən uğrunda canlarından keçən igid oğullarımızın yaddaşlardan silinməyən qəhrəmanlıqlarından söz açıb.
İclası yekunlaşdıran akademik Muxtar Kazımoğlu-İmanov bildirib ki, hər il Xocalı faciəsi mövzusunda silsilə tədbirlərin keçirilməsinin bir mənası şəhidlərimizi yad etməkdirsə, digər mənası özümüzü xalq olaraq tanımaq, yaxın-uzaq tarixə baş vurmaq, ibrət dərsi götürmək, düşmənlərimizin törətdiyi vəhşilikləri unutmamaq olduğunu vurğulayıb.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.