Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR





Sayğac
free counters
 
25.10.2019

Nizami Muradoğlunun “Qanlı daş” romanı təqdim edilib

Bakı Yunus Əmrə İnstitutunda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun təhsil şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, yazıçı Nizami Muradoğlunun Türkiyənin Alanya şəhərində “Arslan Bayır – Baygenç Yayıncılık” nəşriyyatında çap olunmuş “Kanlı taş” (“Qanlı daş”) romanının təqdimatı keçirilib. Kitabı türkcəyə çevirən AMEA Folklor İnstitutunun Qadınlar Şurasının sədri, mifologiya şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Məleykə Məmmədovadır.

Folklor İnstitutundan AZƏRTAC -a bildirilib ki, tədbiri Bakı Yunus Əmrə İnstitutunun direktoru Cihan Özdemir giriş sözü ilə açaraq kitabın əhəmiyyətindən danışıb.

Sonra N.Muradoğlu əsərin yaranması ilə bağlı məlumat verib. Qeyd edib ki, bu roman 2014-cü və 2016–cı illərdə Bakıda “Baba ocağı” adı ilə nəşr edilib. Əsərdə təsvir edilən hadisələr XX əsrin əvvəllərində Azərbaycanın Naxçıvan bölgəsində cərəyan edir. Naxçıvanda erməni təcavüzünü real boyalarla əks etdirən kitab tarixi roman janrının mükəmməl nümunələrindəndir.

Tədbirdə Bakı Dövlət Universitetinin kafedra müdiri, filologiya üzrə elmlər doktoru, professor Allahverdi Məmmədli, şair-publisist, fəlsəfə üzrə fəlsəfə doktoru, professor Əhməd Qəşəmoğlu, Hədəf STEM liseyinin təsisçi-direktoru, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq, AMEA-nın Folklor İnstitutunun əməkdaşları - filologiya üzrə elmlər doktoru İslam Sadıq, filologiya üzrə fəlsəfə doktorları Məleykə Məmmədova, Atəş Əhmədli, Atif İslamzadə, Tahir Orucov və başqaları çıxış edərək roman haqqında fikirlərini bildirib, müəllifə yaradıcılıq uğurları arzulayıblar.

Sonda Nizami Muradoğlu tədbirin iştirakçılarına və Bakı Yunus Əmrə İnstitutunun kollektivinə təşəkkürünü bildirib.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.