Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR





Sayğac
free counters
 
25.10.2019

AZƏRBAYCANLI ALİMLƏR “V ULUSLARARASI AĞRIDAĞI VƏ NUHUN GƏMİSİ” ELMİ SİMPOZİUMUNDA

2019-cu il oktyabr ayının 16-18-də Türkiyə Cümhuriyyətinin Ağrı şəhərində İbrahim Çeçen Üniversiteti, Ağrı Valiliyi, Ağrı Bələdiyəsi və Belli Eğitim Kültür Tarih ve Arkeoloji Araştırma Mərkəzi-BEKAM-ın təşkilatçılığı ilə “V. Uluslar-arası Ağrı Dağı Ve Nuh’un Gemisi” Simpoziumu keçirilib. Simpozium Türkiyədə son illərdə keçirilən ən böyük tədbirlərdən biri olub, Türkiyənin elmi-ədəbi və mədəni-siyasi həyatında mühüm rol oynadı. Konfrans 3 gün ərzində –16-18 oktyabr tarixlərində İbrahim Çeçen Universitetinin “Osmanlı”, “Səlcuklu” və “Anadolu” iclas salonlarında baş tutdu.
Ağrı Beynəlxalq Simpoziumu, ilk növbədə, öz beynəlxalq əzəməti baxımından fərqlənirdi. Belə ki Simpozyumda Türkiyənin müxtəlif universitetlərindən və elmi tədqiqat mərkəzlərindən eləcə də Azərbaycan, ABŞ, İngiltərə, Rusiya, Almaniya, Macarıstan və b. ölkələrdən gəlmiş alim və tədqiqatçılar iştirak edirdilər.



Görkəmli elm adamlarının və tədqiqatçıların qatıldığı bu simpozium 3 gün davam etdi. Simpoziumda 120-yə yaxın məruzə dinlənildi. Simpoziuma Azərbaycandan gələn nümayəndə heyəti 9 nəfərdən ibarət idi. Onlardan 1 nəfər- Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun “Müasir folklor” şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucov, 1 nəfəri Azərbaycan Dövlət İncəsənət Universitetinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova, 1 nəfəri Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülər Qafqazlı, 2 nəfəri Azərbaycan Milli Elmlər Akademiyası Naxşıvan bölməsinin əməkdaşları:İncəsənət, Dil və Ədəbiyyat İnstitunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Yurdoğlu-Məmmədov, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov, 4 nəfəri isə Naxşıvan Dövlət Universitetinin müəllimləri: filologiya üzrə fəlsəfə doktoru, dosent Əbülfəz Əzimli, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehriban Əsədullayeva, filologiya üzrə fəlsəfə doktoru, dosent Qalibə Hacıyeva və filologiya üzrə fəlsəfə doktoru, dosent Elbrus Vəliyev idi.


“V. Uluslararası Ağrı Dağı Ve Nuh’un Gemisi” Beynəlxalq Simpoziumu öz işinə oktyabr ayının 16-da İbrahim Çeçen Üniversitetinin “Osmanlı” iclas salonunda Açılış törəni, Sayğı duruşu və İstiqlal Marşı ilə başladı. Açılış törənində Simpoziumun Bilim Kurulu Adından Prof. Dr. Oktay Belli, Ağrı Valisi Süleyman Elban, Təşkilat Komitəsi adından Prof. Dr. Faruk Kaya, Ağrı Bələdiyə Başkanı Savcı Sayan və İbrahim Çeçen Üniversitetinin rektoru, Prof. Dr. Abdulhalik Karabulut çıxış etdilər. Simpoziumun Açılış iclasından sonra öz oturumlarını İbrahim Çeçen Üniversitetinin 3 iclas salonunda- “Osmanlı”, “Səlcuklu” və “Anadolu” salonlarında gerçəkləşdirmişdir.


Simpoziumda Türkiyənin və digər xarici ölkələrin tanınmış elm adamları ilə yanaşı, Azərbaycanı təmsil edən alim və tədqiqatçılar da məzmunlu məruzələrlə çıxış etdilər. İclaslarda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun “Müasir folklor” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucovun” Nuh'un Gemisi ve Ağrı Dağı: Rivayetler, Realiteler ve Ermeni Tarihin Yalanı, Tehrifi”, Azərbaycan Dövlət İncəsənət Universitetinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova “Güzel Sanat’ta Nuh Tufanı İkonografisi”, Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülər Qafqazlı “Azerbaycan Halkının Oluşumunda Eski Türk Kabilelerinin Rolu”, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitunun Folklorşünaslıq şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Yurdoğlu-Məmmədov, “Nahçıvan ve Doğu Anadolu Halk Şiirinde Mekanin Simgesel İmgeselliği”, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitunun Etnoqrafiya şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov “Nahçıvan Şehrinde Unudulmuş Merasimlerimizden: Nuhtaban”, Naxçıvan Dövlət Universitetinin müəllimləri: filologiya üzrə fəlsəfə doktoru, dosent Əbülfəz Əzimli “Yaratılışın Heyreti ve Nuh Kavminin Kafleti Üzere Gerçəkliyin Anlatım Tezahürleri”, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehriban Əsədullayeva, “On Dokuzuncu Yüzyıl ve Yirminci Yüzyılın Başlarında Nahçıvan Edebi Ortamı Temsilcilerinin Eserlerinde “Nuh və Nuh Tufanı” Konusunun Sanatsal Dil Özellikleri”, filologiya üzrə fəlsəfə doktoru, dosent Qalibə Hacıyeva və filologiya üzrə fəlsəfə doktoru, dosent Elbrus Vəliyevin “Ağrı Dağı Toponiminin Tarihi Etimolojisi Hakkında” mövzularda məruzələri maraqla qarşılanıb.


Oktyabr ayının 17-də İbrahim Çeçen Universitetinin “Osmanlı” iclas salonunda Simpoziumun bağlanış iclası keçirildi. Bağlanış iclasında bu Beynəlxalq tədbirin işi yüksək dəyərləndirildi. Bağlanış iclasından sonra “V. Uluslararası Ağrı Dağı Ve Nuh’un Gemisi” Simpoziumunun proqramı çərçivəsində simpozium iştirakçılarının Türkiyə Cümhuriyyətinin Doğubəyazit şəhərinin tarixi binalarına, mədəniyyət, incəsənət muzeylərinə və digər görməli yerlərinə ziyarətləri təşkil olundu.
Oktyabrın 18-i və 19-da “V. Uluslararası Ağrı Dağı Ve Nuh’un Gemisi” Simpoziumunun iştirakçıları öz vətənlərinə yola salındılar.

Tahir Orucov
Filologiya üzrə fəlsəfə doktoru, dosent,
AMEA Folklor İnstitutunun
aparıcı elmi işçisi
tahiroruclu@gmail.com

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.