Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR





Sayğac
free counters
 
 

ADU-da “Nəsimi və intibah ideyaları” mövzusunda respublika elmi konfransı keçirilib

Oktyabrın 11-də Azərbaycan Dillər Universitetində (ADU) böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Nəsimi və intibah ideyaları” mövzusunda respublika elmi konfransı keçirilib. ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan olunduğunu qeyd edib. Rektor 1973-cü ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illiyinin Avropa səviyyəsində qeyd olunduğunu xatırladıb.

ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar Kazımoğlu – İmanov “Nəsimidə insan konsepsiyası” mövzusunda məruzəsində bildirib ki, hər hansı böyük sənətkarımızı, o cümlədən Nəsimini nə qədər dünya və türk ədəbiyyatı kontekstində öyrənsək, biz onu bir o qədər daha dərindən qiymətləndirmiş olarıq. Hürufilik təlimi ilə insan konsepsiyası ilk baxışdan müəyyən suallar doğura bilər: “Yəni “Hərflə insanın necə bir uyğunluğu ola bilər”- deyə sual olunur. Hələ hürufilərdən əvvəl müxtəlif dini cərəyanlarda hərflər və rəqəmlər müqəddəs elementlər kimi qəbul edilib. Bu hələ zərdüştlüyün vaxtından belə olub. Pifaqor fəlsəfəsində də bu, öz yerini alır. Həmçinin «Tövrat», «İncil» və «Quran» kimi kitablarda hərflərə və rəqəmlərə mistik münasibət var. Hürufilər, o cümlədən dini kitablar kainatın ilahi səsdən yarandığını deyir. İlahi səsin məskən saldığı əsas məkan hərflərdir. Bu da hərflərin müqəddəsliyini sübut edir. Əgər insan Allaha bənzər yaradılıbsa, yəni, Tanrı insanı özünə bənzər şəkildə yaradıbsa, insanın sifətində o müqəddəs hərfləri görmək mümkündürsə, deməli, kamalı gözəl olan insanın üzündə bir yazı var. Tanrının sirlərindən agah olmaq üçün bu yazını oxumaq lazımdır. Hürufilərin hərf və say fəlsəfəsi, “quş dili” deyilən mürəkkəb sxem və düsturların əsas məqsədi insanın üzündəki yazını oxumaqdır. Yalnız bu halda ilahinin və kainatın sirlərinə bələd olmaq olar”.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bu yaxınlarda Şotlandiyada Nəsimi poeziyası gecələrinin yüksək səviyyədə keçirildiyini xatırladıb.

Professor Qəzənfər Paşayev, ADU-nun müəllimi Marko Brinyone İlahiyyat Universitetinin rektoru Ceyhun Məmmədov, türkoloq Fikrət Türkmən, professor Cəlil Nağıyev, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu Nəsimi yaradıcılığının incəliklərindən danışıblar, Nəsiminin bu gün də yaşadığını, sabahda da yaşayacağını bildiriblər.

ADU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru dosent Sevinc Zeynalova konfransın işi haqqında məlumatla iştirakçıları tanış edib.

Konfrans “Nəsimi və müasirlik”, “Nəsimi və bəşəri ideyalar” və “Nəsimi hürufizmi dünya ədəbi-fəlsəfi fikir kontekstində” mövzusunda bölmə iclasları ilə davam edib. Bölmə iclaslarında ADU və ölkənin digər ali təhsil müəssisələrinin müəllimlərinin Nəsimi həyatı və yaradıcılığı, ənənələri, fəlsəfi görüşləri, poeziyası, hürufilik ideyaları haqqında məruzələri dinlənilib.

Konfransda AMEA Folklor İnstitutunun əməkdaşları - fil.ü.e.d. Nizami Muradoğlu, fil.ü.e.d. İslam Sadıq, fil.ü.f.d. Atif İslamzadə, fil.ü.f.d. Elçin Qaliboğlu iştirak və məruzələrlə çıxış ediblər.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.