Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR





Sayğac
free counters
 
14.10.2019

BİRLİYƏ SƏSLƏYƏN BEYNƏLXALQ TƏDBİR

2019-cu il oktyabrın 10-12-də Türkiyənin Kayseri vilayətinin Develi ilçəsində “II Uluslararası Develi-Aşık Seyrani ve Türk Kültürü Kongresi” keçirilib. Bu il konfransın ev sahibi Develi Bələdiyyəsi olsa da, AMEA Folklor İnstitutu da təşkilatçılar arasında yer alıb. Türkiyədən, Azərbaycandan, Qazaxıstandan, Özbəkistandan, Əfqanıstandan, KKTC-dən, Belçika və Yunanıstandan gəlmiş 134 nəfər elm və 40 nəfər sənət adamının iştirak etdiyi toplantının açılışı Develi Bələdiyyəsinin “Develi Mustafa Aksu Kültür Mərkəzi”ndə olub.
Toplantını təşkilat komitəsinin sədri Rəcəb Özkan açıb, Develi Bələdiyyə başkanı Mehmet Cabbar, Develi kaymakanı Murad Duru, Kayseri Universitetinin rektoru, prof. dr. Kurtuluş Karamustafa, Erciyes Universitetinin rektoru prof. dr. Mustafa Çalış, Kayseri Böyükşəhər Bələdiyyəsi başkanı Memduh Böyükkılıç, Ankara Hacı Bayram Vəli Universitetinin rektoru, Milliyətçi Hərəkət Partiyasından millətvəkili, prof. dr. Ruhi Ersoy çıxış ediblər.

AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovun adından Dəvəli Bələdiyyə başkanı Mehmet Cabbara miniatür xalq çalğı alətləri dəsti, Folklor İnstitutunun nəşr etdiyi kitablardan nümunələr və aşıq musiqisi albomları hədiyyə olunub.
Konqresin açılışında Səlcuqlar dövrünün geyimləri nümayiş etdirilib, yerli musiqiçilərin təqdim etdiyi “Türk mədəniyyətində türkü və Kayseri-Develi türküləri” kompozisiyası (onu da qeyd edək ki, bu kompozisiyanın solisti Azərbaycan əsilli müğənni Halit Aydın idi), Özbəkistan Respublikasının Buxara şəhərindən gəlmiş müsiqişilərin ifasında xalq rəqsləri və AMEA Folklor İnstitutunun əməkdaşı Fəridə Mirişovanın ifasında vətənpərvərlik mahnıları maraqla qarşılanıb.


Nahardan sonra Hacettepe Universitetindən prof. dr. Mehmet Özün sədrliyi ilə keçən “Türk mədəniyyəti” adlı paneldə Erciyes Universitetindən prof. dr. Mustafa Ünal, Ankara Universitetindən prof. dr. Saadettin Gömeç, Erciyes Universitetindən prof. dr. Harun Ülgerin çıxışları dinlənilmişdir. Günortadan sonra konqres öz işinə səkkiz bölmədə davam edib.


Növbəti gün Kazım Qarabəkirin qızı Timsal Qarabəkir Yıldıranın “Sabahı unutma, gələcəyə haqqın olsun” mövzusunda çıxışı dinlənilib.
Bölmə iclaslarında AMEA Folklor İnstitutunun əməkdaşlarından fil.ü.f.d., dos. Ləman Süleymanova, fil.ü.f.d. Aynurə Səfərova, fil.ü.f.d., dos. Sönməz Abbaslı sədrlik etmişlər.
Fil.ü.f.d., dos. Səbinə İsayevanın “Aşıq Seyraninin şeirlərində dünya məfhumu”, fil.ü.f.d., dos. İlhamə Qəsəbovanın “Aşıq yaradıcılığının günümüzə daşınması yollarında ustad-şəyird münasibətləri”, fil.ü.f.d. Bənövşə Rzayevanın “Ululu Kərimin yaradıcılığında dini motivlər”, fil.ü.f.d., dos. Aynur İbrahimovanın “Koroğlu – Azərbaycan xalq qəhramanlıq dastanı”, fil.ü.f.d., dos. Aynurə Səfərovanın “Aşıq Seyrani şeirlərində aşq məfhumu”, fil.ü.f.d., dos. Sönməz Abbaslının “Qarabağ aşıq mühiti ilk mərhələdə”, Sevda Qasımovanın “Bəkir Çobanzadə: türk xalqları folklorunun mənşəyi haqqında”, fil.e.d.Ağaverdi Xəlilin “Aşıq şeirində mənəvi dəyər konseptləri”,

fil.ü.f.d., dos. Elçin Abbasovun “Azərbaycan xalq dastanlarında qadın aşıq tipi”, fil.ü.f.d.Gülsümxanım Hasilovanın “Bəxtiyar Vahabzadə və mərasim folkloru”, fil.ü.f.d.Gülnar Osmanovanın “Qədim türk inanclarında sakral kultlar və onqun obrazları”, fil.ü.f.d., dos.Fidan Qasımovanın “Oğuz və kelt eposlarında fövqəltəbii xüsusiyyətlərə malik heyvan obrazları və onların mifoloji kökləri”, fil.ü.f.d., dos. Ləman Süleymanovanın “Tənburçu Rəhmanov Əfqan Zeybəddin oğlunun həyatı və yaradıcılığı”, Məhsəti Süleymanovanın “Qaxac və bağırsaq dolması, onlardan hazırlanan yeməklər” adlı çıxışları maraqla qarşılanmışdır.
Konqresin gedişi zamanı iştirakçılar 4 sərgi – Emrah Kaya: Unutulmuş Türk Çalğıları Sergisi, Mustafa Koç: Ressam Gözünden Develi Sergisi, Develi El Sanatları Sergisi ve Türksoy Türk Dünyası Resim Sergisi ilə tanış olublar.


AMEA Folklor İnstitutunun əməkdaşı Fəridə Mirişovanın qapanış toplantısında oxuduğu mahnılar, xüsusilə “Çırpınırdı Qara dəniz” mahnısı və Azərbaycanın üç rəngli bayrağını xatırladan geyimi iştirakçılar tərəfindən ayaq üstə alqışlanıb.
Tədbirin son günü iştirakçılar “Develi Tanıtım Gezisi” proqramına qatılmış, Develinin qədim məhəllələrini, cami və türbələrini, Keyşin Havuzunu, “Sultan sazlığı” milli parkını, Böyükleğen Göletini və Çanakkale parkını ziyarət ediblər. AMEA Folklor İnsitutunun növbəti ildə üçüncüsü təşkil olunacaq “Develi-Aşık Seyrani ve Türk Kültürü Kongresi”də yenə təşkilatçı tərəflərdən biri kimi iştirakı qərara alınıb.



AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi,
fil.ü.f.d., dos. Ləman Süleymanova

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.