Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR





Sayğac
free counters
 
25.07.2019

FOLKLOR İNSTİTUTUNDA GÖRÜŞ

İyulun 25-də İstanbul Kültür Universiteti Türk dili və Ədəbiyyat fakültəsinin müəllimi və doktorantı Aytən Namazova AMEA Folklor İnstitutunun qonağı olub. İnstitutun direktor müavini fil.ü.f.d., dos. Oruc Əliyev qonağı səmimi qarşılayıb və qurum haqqında xeyli məlumat verib. Gəlişinin əsas məqsədini açıqlayan Aytən Namazova bildirib ki, İstanbul Kültür Universiteti və Türk Dünyası Araşdırmalar Mərkəzi İstanbul şəhərində Türk Dünyası Muzeyini yaratmaq niyyətindədirlər. Bu məqsədlə ilkin olaraq Azərbaycan, Qaqauz, Noqay, Krım, eləcə də Altay türklərinin folkloru, etnoqrafiyasını əhatə edəcək kitab hazırlamaq nəzərdə tutulub. A.Namazova bildirib ki, hazırlanacaq kitabda Azərbaycanın qərb zonasının ⸺ Gəncə, Şəmkir, Qazax, Ağstafa, Tovuz bölgələrinin folkloru, etnoqrafiyası ilə bağlı materiallar və fotoların yer alması ona həvalə edilib və bu məqsədlə o, yaxın günlərdə adıçəkilən bölgələrə ezamiyyətə yola düşəcək. Görüşdə İnstitutun “Klassik folklor” şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Sönməz Abbaslı da iştirak edib. Sonda qonağa İnstitutun həmin bölgələrlə bağlı nəşrləri (kitablar) təqdim olunub, lazımi tövsiyələr verilib.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.