Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR





Sayğac
free counters
 
28.06.2019

“İmadəddin Nəsimi və folklor” mövzusunda respublika elmi konfransı keçirib

Görkəmli şair, mütəfəkkir İmadəddin Nəsimin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu 28 iyun 2019-cu il tarixində “İmadəddin Nəsimi və folklor” mövzusunda Respublika Elmi Konfransı keçirib. Konfransın işində Respublikamızın müxtəlif elm və ali təhsil müəssisələrinin nümayəndələri iştirak edib, mövzu ilə bağlı müxtəlif məruzələr dinlənilib.

AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli və AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli çıxışlarında Respublika Prezidenti cənab İlham Əliyevin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi İmadəddin Nəsiminin 650 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi haqqında sərəncamını yüksək qiymətləndirib, bu tipli tədbirlərin əhəmiyyətindən danışıblar.

Akad. İsa Həbibbəyli bildirib ki, Nəsimi Azərbaycan ədəbiyyatının ən görkəmli klassikləri sırasına daxildir. Onun adı Nizami Gəncəvi, Şah İsmayıl Xətayi, Məhəmməd Füzuli kimi böyük simalarla yanaşı çəkilir. Hürufi şeir məktəbini yaradan, ona ümumşərq miqyası verən məhz Nəsimidir.

Akad. Teymur Kərimli deyib ki, Nəsimini müxtəlif yönlərdən araşdırmaq təkcə xalqımızın deyil, bəşəriyyətin kamilləşməsi yolunda həyatına qıymış şəxslərin Azərbaycanda necə yetişdiyini göstərməklə bağlı tədqiqatçılarımızın çiyninə böyük vəzifələr düşür.

AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov konfransın elmi-praktiki əhəmiyyətindən bəhs edib: “İllərlə oxuduğumuz Nəsimini yenidən oxumaq, yenidən tədqiq etmək, yeni bir söz demək məqsədi ilə bu konfransı keçiririk. Nəsiminin və digər klassik şairlərlərmizin xalq ədəbiyyatına ən böyük bağlantısı eşq fəlsəfəsi ilə bağlıdır. Əgər Nəsimidə vəhdət meyindən, Qurbanidə nur badəsindən danışılırsa, ikisi də eynidir. Hər ikisində məqsəd eşqi ilahi eşqlə bağlamaqdır. Xalq mədəniyyətini Nəsimi yaradıcılığına bağlayan ən vacib tellərdən biri budur. Məhəbbət dastanlarındakı məhəbbət fəlsəfəsi eynilə Nəsimidən sonrakı dövrdə Füzulidə gördüyümüzün bir az dəyişilmiş, sadələşmiş formasıdır”.

Konfransda fil.e.d., prof. Cəlal Qasımovun “İmadəddin Nəsimi yaradıcılığında insan və tanrı münasibətləri”, fil.e.d. İslam Sadığın “Nəsiminin tanrı-insan konsepsiyasının “Dədə Qorqud” və Şumer qaynaqları”, fil.ü.f.d. Atif İslamzadənin “Nəsimi dünyagörüşü Aşıq Ələsgər poeziyasının məzmun səviyyəsi kimi”, fil.ü.f.d. Elçin Qaliboğlunun “Nəsimi yaradıcılığında mifoloji obrazların məsəlləşmiş biçimdə ifadəsi”, İlkin Elsevərin “İmadəddin Nəsiminin yaradıcılığında və mifologiyada otuz iki sayının işlənmə dairəsi”, fil.e.d. İslam Sadıq, Eltac Elmanoğlunun “Nəsimidə “Dədə Qorqud” və Şumer sözləri”, fil.e.d. Nizami Muradoğlunun “Nəsiminin “Əvvəl ki, dila, dərd ilə yaran olamazsan” şeirinin folklor qaynaqları”, Sahibə Paşayevanın “Sədnik Pirsultanlının Nəsimi araşdırmaları”, Yusif Rzayevin “Nəsimi yaradıcılığında folklor motivləri”, fil.ü.f.d. Aynur Cəlilovanın “Nəsimi yaradıcılığında folklor cizgiləri”, Afaq Qasımovanın “İmaddədin Nəsimi və Qaçaq Nəbi ideyalarının bənzərliyi” adlı məruzələri dinlənilib.

Bildirək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 11 yanvar 2019-cu il tarixində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Böyük söz ustasının 600 illiyinin YUNESKO-nun görkəmli şəxsiyyətlərin və əlаmətdаr hadisələrin yubileyləri siyahısına daxil edildiyi və beynəlxalq miqyasda qeyd olunduğu həmin dövrdən etibarən Nəsimi ilə bağlı çox sayda araşdırmalar aparılıb. Qüdrətli şairin poetik irsinin nadir əlyazma nüsxələri əsasında öyrənilməsi Azərbaycan dili və ədəbiyyatı tarixinin tədqiqində yeni mərhələ açıb. Nəsiminin əsərləri ölkəmizdə dəfələrlə işıq üzü görüb. Şairin əsərləri Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən, kütləvi tirajla nəşr olunaraq ölkə kitabxanalarına hədiyyə edilib.

Nəsimi yaradıcılığının araşdırılması, xatirəsinin əbədiləşdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib və tədbirlər davam etməkdədir. Şairin ədəbiyyatda və incəsənətdə parlaq obrazı yaradılıb, 1979-cu ildə isə ölkəmizin paytaxtında heykəli ucaldılıb.

2017-ci ilin may ayında Parisdə YUNESKO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyi qeyd edilib, 2018-ci ilin sentyabr ayında ölkəmizdə ilk dəfə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalı keçirilib.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.