Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR





Sayğac
free counters
 
27.06.2019

“MÜASİR TÜRKOLOGİYA AVRASİYA MƏDƏNİ MƏKANINDA” MÖVZUSUNDA BEYNƏLXALQ SEMİNAR KEÇİRİLİB

24-25 iyun tarixlərində Rusiya Federasiyası Tatarstan Respublikasının Kazan şəhərində “Müasir türkologiya Avrasiya mədəni məkanında” adlı beynəlxalq elmi seminar keçirilib. Seminarı Tatarstan Respublikası Mədəniyyət Nazirliyi, Cənubi Koreya Türkoloji Tədqiqatlar İnstitutu və AMEA Folklor İnstitutu birgə təşkil edib. Seminarın açılış iclası iyun ayının 24-də Tararstan Respublikasının Mədəniyyət Nazirliyində keçirilib. Seminarda Tatarstan Respublikası Mədəniyyət nazirinin müavini Damir Natfullin, Tatarstan Respublikası Elmlər Akademiyasının Humanitar bölməsinin akademik katibi Nail Valeev, Kazan Federal Universitetinin professoru Alfiya Yusupova, Cənubi Koreyanın Avrasiya Türkoloji Tədqiqatlar İnstitutunun direktoru, professor Eun Kyung Oh, Tatarstan Respublikası Mədəniyyət Nazirliyinin Respublika Ənənəvi Mədəniyyətin İnkişafı Mərkəzinin əməkdaşı Fənzilə Gövhərova və AMEA Folklor İnstitutunun şöbə müdiri Ağaverdi Xəlil müasir türkologiyanın aktual problemlərinin müəyyənləşməsi və həlli yollarının birlikdə araşdırılması istiqamətində məruzə və çıxışları ediblər. AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovun təbrik məktubu oxunub.
Sonra Kazan Dövlət Universitetində, Tatarstan Elmlər Akademiyası Dil, Ədəbiyyat və Sənət İnstitutunda iclaslar və dəyirmi masalar təşkil olunub. Seuldan gələn geniş tərkibli alim heyətinin rəhbəri, professor Eun Kyung Ohun “Koreya və özbək qəhrəmanlıq dastanlarının müqayisəli tədqiqi: “Alpomış” və un “Jumonq” dastanlarının materialları əsasında”, Ağaverdi Xəlilin “Türk xalqlarının mədəni institutları və mənəvi dəyər konseptləri: Avrasiya sivilizasiyası kontekstində” adlı məruzələrində türk xalqlarının folklorunun daha geniş dairələrdə, o cümlədən Avrasiya mədəni məkanında və Altay ailəsi çərçivəsində öyrənilməsinin önəmi vurğulanıb.
Tükiyəli professorlar Kamil Vəli Nərimanoğlunun “Avrasiyanın sosiolinqvistik problemləri” və Ercan Alkayının “ Xristian tatarların dili, ədəbiyyatı və tarixinə həsr olunmuş yeni tədqiqat”, BDU-nun professoru Vaqif Sultanlının “Azərbaycan Demokratik Cümhuriyyəti dövründə ədəbiyyatşünaslıq”, araşdırmaçı Rafiq Bayramovun “Türk xalqlarının hərb və sülh haqqında ənənəvi görüşləri” mövzusunda məruzələri də böyük maraqla qarşılanıb.
Seminarın sonunda Tatarstan Respublika Ənənəvi Mədəniyyətin İnkişafı Mərkəzində keçirilən iclasda AMEA Folklor İnstitutunun təşəkkür bəlgələri məruzəçilərə təqdim edilib.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.