Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR





Sayğac
free counters
 
28.09.2018

Elmi seminar: “Lahıc əsl folklor məkanıdır”

Sentyabrın 27-də Beynəlxalq Mətbuat Mərkəzində “Lahıc əsl folklor məkanıdır” mövzusunda elmi seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, ziyalıların, QHT nümayəndələri və tələbələrin iştirak etdikləri tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, Əməkdar elm xadimi Kamran Əliyev layihə barədə məlumat verib. Bildirilib ki, “Azsaylı xalqlara məxsus folklor nümunələrinin təbliğinə həsr olunan konfransın keçirilməsi” layihəsi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Folklorun və Ədəbiyyatın İnkişafına Yardım” İctimai Birliyi tərəfindən həyata keçirilir. Məqsəd azsaylı xalqlara məxsus folklor nümunələrinin toplanılması, tədqiqi və gələcək nəsillərə çatdırılmasıdır. K.Əliyev qeyd edib ki, layihə çərçivəsində AMEA-nın Folklor İnstitutunun əməkdaşları, eləcə də Azərbaycan Universitetinin tələbələri qədim dövr şəhərsalması və memarlığının orijinal abidəsi sayılan Lahıcın tarixi və təbiəti ilə tanış olub, bu unikal məkanın folkloru, adət-ənənələri ilə bağlı xeyli material toplayıblar. O, Lahıcın turizm imkanlarından da danışıb. Dövlət tərəfindən tarixi memarlıq abidəsi kimi qorunan Lahıcın Böyük İpək Yolu üzərində beynəlxalq turizm marşrutuna daxil edildiyi də diqqətə çatdırılıb. Qeyd olunub ki, azsaylı xalqların dilinin, mədəniyyətinin, məişət həyatının qorunub saxlanılmasında onların yaratdıqları folklor nümunələrinin böyük rolu var.

Lahıc haqqında videoçarx nümayiş etdirildikdən sonra Folklor İnstitutunun mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy “Lahıcın təbiəti və adamları” mövzusunda məruzə ilə çıxış edib. O deyib: ”Lahıcda olanda təkcə müasir həyatı yaşamırsan, həm də zamanla ünsiyyətə girirsən. Lahıc sanki təbiətin davamıdır. Burada hər bir daş, qaya parçası bizə tarix danışır. Lahıcın insanları da öz təbiətinə oxşayır”.

Seminarda Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədlinin “Səma altında açıq muzey”, həmin institutun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytac Abbasovanın “Lahıcda iki gün, iki gecə”, Azərbaycan Universitetinin filologiya fakültəsinin tələbəsi Afaq Aslanovanın “Lahıcın folklor yaddaşı” mövzularında məruzələri dinlənilib.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008..