Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
15.12.2015

Folklor İnstitutunun Elmi Şurasında 2015-ci il üçün elmi-tədqiqat və elmi-təşkilat fəaliyyəti barədə hesabat dinlənilib

    Dekabrın 14-də AMEA Folklor İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. İclası giriş sözüylə açan institutun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu-İmanov gündəlikdə bir məsələnin - Folklor İnstitutunun 2015-ci il üçün elmi-tədqiqat və elmi-təşkilat fəaliyyəti barədə hesabatın olduğunu bildirib. İnstitutun elmi katibi, fil.ü.f.d. Elçin Abbasov aşağıdakı istiqamətlər üzrə hesabatı Elmi Şura üzvlərinin diqqətinə çatdırıb . Hesabat Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərarları və Dövlət proqramlarının icrası; Elmi-tədqiqat işləri; Fundamental elmin təhsillə əlaqəsi; Beynəlxalq əlaqələr; Xaricdə keçirilən beynəlxalq tədbirlərdə iştirak; Qrantlar; Elektron elmin vəziyyəti; Nəşriyyat fəaliyyəti ; Xaricdə cap; Kadr hazırlığı; Elmi-təşkilati fəaliyyət; Sosial fəaliyyət; Təltiflər; Mükafatlarla bağlı məsələləri əhatə edib.

    Bildirilib ki, institutda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” 20 fevral 2015-ci il tarixli sərəncamının və və sərəncamla əlaqədar AR Nazirlər Kabinetinin təsdiq etdiyi fəaliyyət proqramı çərçivəsində geniş tədbirlər həyata keçirilib.

    Folklor İnstitutu Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, AMEA Nizami adına Ədəbiyyat İnstitutu ilə birgə 6-7 noyabr tarixində AMEA-nın Mərkəzi Kitabxanasında “Kitabi-Dədə Qorqud” abidəsinin elm aləminə məlum olmasının 200 illiyinə həsr olunmuş “Epos və etnos” adlı I Beynəlxalq Simpozium, 12 noyabr 2015-ci il tarixində Qafqaz Universiteti və Bakı Slavyan Universiteti ilə birgə “Epos və etnos” II Beynəlxalq Simpoziumunu keçirib.

    Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin keçirilməsi haqqında” sərəncamının (14 mart 2014) icrası ilə bağlı, “Folklor və yazılı ədəbiyyat” şöbəsinin aparıcı e.i., fil.ü.e.d. Cəlal Qasımovun XX əsrin I yarısı Azərbaycan folklorşünaslıq elminin tarixini işıqlandıran “Azərbaycan folklorşünasları (1920-1950) monoqrafiyası çapa hazırlanıb.

    Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2020 – gələcəyə baxış” İnkişaf Konsepsiyasının icrası ilə bağlı AMEA Folklor İnstitutu Konsepsiyada mədəni irsin qorunması barədə müddəalara adekvat olaraq, Azərbaycan folklorunun müasir elmi prinsiplərə uyğun şəkildə toplanması, konservasiyası və nəşri istiqamətində irimiqyaslı işləri davam etdirib.

    “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində Proqramın 9-cu bəndinin icrası ilə əlaqədar olaraq, regionlarda elm-təhsil və mədəni qurumlarla işbirliyi genişləndirilib.

    2015-ci ildə institutda “Azərbaycan xalq yaradıcılığının qaynaqları, təşəkkülü, inkişaf qanunauyğunluqları və əlaqələri” istiqamətində 4 problem, 7 mövzu, 45 iş əsasında tədqiqatlar aparılıb. Onlardan plana uyğun olaraq 23-ü tamamlanıb.

Aşağıdakı işlər elmi-tədqiqatların mühüm nəticələri kimi qeyd olunub:

•  İşin adı: Azərbaycan folklorşünasları (1920-1950). Bakı, Elm, 2015, 456 səh.

Problem: Azərbaycan folklorunun toplanması, tədqiqi və nəşri.

İşin rəhbəri: Folklor İnstitutu “Folklor və yazılı ədəbiyyat” şöbəsinin müdiri, prof. K.Əliyev. Tədqiqatda 1920-1950-ci illərin elmi mühiti, xüsusən də Azərbaycan folklorşünaslarının repressiv və totalitar rejim şəraitində göstərdiyi fədakarlıqlar faktlar və sənədlər əsasında öyrənilib. Kitabda ayrı-ayrı folklorşünaslarla bağlı ilk dəfə aşkara çıxarılan arxiv materialları Azərbaycan folklorşünaslıq elminin tarixini, onun diqqətdən kənar qalmış bir çox məsələlərini öyrənmək üçün böyük əhəmiyyət kəsb edir.

İşin həcmi: 456 səh.

İcraçı: Fil.ü.e.d., prof. Cəlal Qasımov.

    2. İşin adı: Azərbaycan folklorunda şaman-qəhrəman arxetipi. Bakı: Elm və Təhsil. 2015, 436 səh.

Problem: Azərbaycan folklorunun tarixi və nəzəri məsələləri.

İşin rəhbəri: AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov.

    Kitabda Azərbaycan /Oğuz/ Türk etnokosmik düşüncəsinin əsas struktur modellərindən olan Şaman/Qəhrəman arxetipi “Əsli-Kərəm” və “Kitabi-Dədə Qorqud” dastanının ikinci boyu əsasında bərpa olunub. Təhlil istisnasız olaraq mətn informasiyası üzərində aparılıb, mətnin verdiyi ritual-mifoloji informasiya kosmoloji düşüncənin arxetip, formul və sxemlərini indiki səviyyəsində rekonstruksiya etməyə imkan verib. Şaman/Qəhrəman invariantının Qazan/Uruz/Kərəm... paradiqmaları əsasında buradakı bərpası və bunun tədqiqatda əldə olunan nəzəri-metodoloji təcrübəsi Oğuz-Türk mifologiyasının Azərbaycan folklor materialları əsasında bərpası üçün geniş imkanlar açır.

İşin həcmi: 18 ç.v.

İcraçı: fil.ü.e.d. Seyfəddin Rzayev.

     Hesabatda göstərilib ki, Folklor İnstitututunda 2015-ci ildə AMEA xətti ilə “Türk xalqlarında dövlət simvol, etiket, mərasim və bayramlarının folklor baxımından genezisi” (2015-2016) proqramı cərçivəsində işlərin I mərhələsi tamamlanıb. Bu mərhələdə, əsasən, “Türk xalqlarında dövlət mərasim və bayramlarının folklor baxımından genezisi” öyrənilib, təxminən 20 m .v. həcmində kitab çapa hazırlanıb.

    07 dekabr 2015-ci il tarixində AMEA Folklor İnstitutu “ Türk xalqlarında dövlət simvol, etiket, mərasim və bayramlarının folklor baxımından genezisi” layihəsi çərçivəsində “Folklor və dövlətçilik” mövzusunda I Elmi Konfrans keçirib.

    Folklor İnstitutu ölkəmizin ali təhsil müəssisələri ilə əlaqələrini daha da genişləndirib.

    Bu il ərzində Folklor İnstitutu 3 beynəlxalq simpozium, 2 beynəlxalq konfrans, 1 respublika səviyyəli elmi konfrans, 1 respublika səviyyəli elmi sessiya, 1 bayram tədbiri, 2 dəyirmi masa keçirib.

İl ərzində institutda 40 kitab və jurnal nəşr olunub.

İki monoqrafiya xaricdə çap olunub:

•  Füzuli Bayat. Ana hatlarıyla türk şamanlığı. 4-cü nəşr. İstanbul, Ötüken, 2015.

•  Türk Mitolojik Sistemi. Ontolojik ve Epistemolojik Bağlamda Türk Mitolojisi. Cilt: 1, 3-cü nəşr, Ötüken, İstanbul, 2015

     İmpakt faktorlu jurnallarda 2 məqalə işıq üzü görüb:

1. İslam Sadiq.   Idea of eternal life in shumerian and Turkish Folk-lore: shumer's “life tree” and dada Gorghud's “gabha agaj” (“holy tree”), Cult of tree in turkish folk-lore. Salmagundi-A Quarterly Of The Humanities And Social Sciences, ISSN: 0036-3529. Vol 6, No 1, 2015. Pp. 80-88. http://www.jobn.org

2. Afzaladdin Asgar. Ceremony “Tuom” in the “Book of Dede Korkut” /International Journal of Biologi, Pharmacy and Allied Sciences (İJBPAS). September, 2015, 4 (9), Special issue: 108-114.

2015-cü ildə institutun nəşr etdiyi toplular və elmi araşdırmaların mətni İnstitutun www.folklorinstitutu.com saytında yerləşdirilib. Folklor İnstitutunun 2 elmi jurnalının – «Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər» və «Dədə Qorqud» saytı ( www.tedqiqler.net www.dede-qorqud.net ) fəaliyyət göstərib.

İclasda iştirak edən AMEA-nın müxbir üzvü, professor Zemfira Səfərova Folklor İnstitutunun 2015-ci il üçün elmi-tədqiqat və elmi-təşkilat fəaliyyəti barədə hesabatını yüksək dəyərləndirib.

AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu-İmanov növbəti ildə də institutun qarşıya qoyduğu məsələlərin həllində həmişə olduğu kimi inamla çalışacağına əminliyini bildirib.

Sonda institutun 2015-ci il üçün elmi-tədqiqat və elmi-təşkilat fəaliyyəti barədə hesabat yekdilliklə qəbul olunub.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.