Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
8.12.2015

“Folklor və dövlətçilik” mövzusunda I Elmi Konfrans keçirilib

   Dekabrın 7-də AMEA-nın Əsas binasında  Folklor İnstitutunun  təşkilatçılığ ıilə “Folklor və dövlətçilik” mövzusunda I Elmi Konfrans keçirilib. Tədbir “Türk xalqlarında dövlət simvol, etiket, mərasim və bayramlarının folklor baxımından genezisi” layihəsi çərçivəsində baş tutub .

    Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik  İsa Həbibbəyli  açıb. Öncə “Günəşli” yatağında baş vermiş şiddətli yanğın və qəza nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

   Akad. İsa Həbibbəyli konfransın məqsədinin türk dövlət etiketləri, mərasim və bayramlarının etnosun total davranış formulu və özünütəşkiletmə modeli kimi folklor materialları əsasında tədqiqi məsələlərinin müzakirəsi olduğunu qeyd edib. O, ümummilli lider Heydər Əliyevin elmə, milli mənəvi dəyərlərimizin qorunub saxlanılmasına və inkişafına daim böyük önəm verdiyini, onun ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib. Konfransın son dərəcə mühüməhəmiyyətə malik olduğunu vurğulayan akad. İsa Həbibbəyli bildirib ki, folklorumuzda dövlətçilik amili ilə bağlı kifayət qədər məqamlar mövcuddur: “Müstəqil dövlətçiliyin elmi-fəlsəfi mənasını, mahiyyətini dərindən dərk etmək baxımından konfrans əhəmiyyətlidir. İlk dəfə olaraq bu konfransda məsələyə sistemli yanaşmanın elmi təzahürlərini görəcəyik. AMEA Folklor İnstitutunun folklor və dövlətçiliyimiz istiqamətindəki bu böyük addımını yüksək dəyərləndirirəm, bu məsələdə daim qərarlı, ardıcıl olmağı, gərəkli layihəni uğurla başa çatdırmağı arzu edirəm”.

   Tədbirdə Azərbaycanda Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü  Nizami Cəfərov bildirib ki, dövlətçilik həmişə kütləvilik ruhundan, folklordan qaynaqlanıb: “Türk tarixinin sak, hun, göytürklər, qıpçaq, oğuz və s. mərhələlərinə baxsaq, görərik ki, dövlət strukturunda, dövlət başçısı səviyyəsində həmişə bir epos düşüncə mədəniyyəti olub”. O, AMEA Folklor İnstitutunun son illər gördüyü işləri yüksək dəyərləndirib: “İndiki miqyas göstərir ki, bizim xeyli, müasir dünyagörüşlü, yüksək intellektli, təhlil texnologiyalarını dərindən bilən tədqiqatçılarımız var. Folklor İnstitutunda həm də toplama işi ardıcıl olaraq aparılır”.

   Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü  Muxtar Kazımoğlu-İmanov  çıxışında bildirib: “Dövlət dörd şərtlə müəyyənləşir: xalq, Vətən, hakimiyyət-iqtidar və ordu. Bunun ayrı-ayrı mütəxəssislər tərəfindən yozumu bəllidir. Folklor, folklorşünaslıq baxımından bu anlayışların təqdimatı özünəməxsus şəkildədir. Xalq anlayışı əcdad, ata-baba, ailə, ocaq kultu ilə birbaşa bağlıdır. “Dədə Qorqud” dastanına nəzər salsaq, burada “Oğuz eli” istilahının,ifadəsinin birinci mənası dövlətdirsə, ikinci mənası məhz eldir, folklordur. Bu toplumu həm ailə, həm də ayrı-ayrı bahadırlar və başqaları təmsil edirlər. Bu toplum qəhrəmanların and yeridir. Ulu əcdadların adı ilə təmsil olunan bu keçmişin özü də indiki yaşayan insanlar üçün bir inam yeridir, varlıqdır. Əgər düşməntərəfindən əcdadın hər hansı birinin qəbrinə toxunulursa, savaş baş verir. Bu, onu göstərir ki, toplum deyilən anlayış elə-belə anlayış deyil, dövlətçilik, etnos baxımından müqəddəs anlayışdır. Oğuz eli müqəddəs torpaqla müəyyənləşir. Oğuz igidləri göylə yanaşı torpağa da and içirlər. Bu torpaq müqəddəs dağlarla, müqəddəs sularla, müqəddəs ağaclarla bağlıdır. Alqışların arxasında həmin bu müqəddəs varlıqlara inam durur. Bütövlükdə bu varlıqlar Oğuz eli deyilən Vətəni müəyyənləşdirir. Türklər inanıblar ki, Göydən Tanrı tərəfindən seçilmiş insana ruh (ilahi güc) gəlib. Bu ilahi güc onun hökmdar olmasının əsas amilinə çevrilib. Mənbələrdə göstərilir ki, padşah seçiləndə keçənin üstündə onu oturdub göyə qaldırar, yəni Göylə bağlılığına işarə edərdilər. Bu, şamançılığın əsas mərasimlərindən biri ilə çox dərindən səsləşir. Bu, onu göstərir ki, qədim türklər tanrı ilə hökmdarı əlaqələndiriblər. Fərq ondadır ki, türklər hökmdarı Allahla eyniləşdirməyiblər”.

   Konfransın işinə uğurlar arzulayan Muxtar Kazımoğlu-İmanov  bu yöndə tədqiqatların davam edəcəyinə əminliyini bildirib.

   Filologiya üzrə elmlər doktoru Füzuli Bayat “Türk dövlətçilik ənənəsi və idarəetmə ritualları” mövzusunda məruzəsində bildirib ki, dövlətçilik ənənəsi və idarəetmə müəyyən mənada rituallarla müşahidə olunan bir mədəniyyət hadisəsidir: “Əski türk dövlətlərində olduğu kimi, müasir dövlətlər də millətlə dövlət arasında əlaqəni canlı tutmaq üçün həm əskidən qalan dövlət rituallarını, həm yenilərini yarartmaqla mili birliyi, iqtidar-xalq münasibətlərini nizama salmağa, ən əsası da tarazlığı qorumağa çalışırlar. Bütün zamanlarda iqtidarla idarə olunanlar arasında əlaqəni saxlayan törənlər, vəzifə dağılımı, oturma yeri və s. kimi rituallar postmodernist çağda yeni bir dönəmin başlanğıcından xəbər verir. Bu, iqtidarın, fərqli dini və sosial təbəqələrin bir yerdə olmasına, milli birliyin saxlanmasınaxidmət edən siyasi ritualların günün gerçəkliyinə çevirdiyi dönəmdir”.

   Filologiya üzrə elmlər doktoru Seyfəddin Rzasoy “Türklərdə əcdad kultu və əcdad bayramı” məruzəsində vurğulayıb ki, “əcdad kultu” termini iki mühüm anlayışdan təşkil olunur: əcdad və kult: “Burada “əcdad” nəsli, kökü bildirən obyekti, “kult” isə həmin obyekt ətrafında qurulan pərəstiş sistemini əhatə edir. Bu sistemin də öz növbəsində bir-biri ilə bağlı iki tərəfi, yaxud səviyyəsi var: inanc və mərasim. Bu kult sistemi əcdad ruhuna inancı və gerçək həyatdakı insanların əcdadlarla əlaqəsini təmin edən ritual rejimini (yəni mərasimi ) nəzərdə tutur. Əcdad kultu elə dövlət kultu deməkdir. Oğuz tarixində dövlətçilik ənənəsinin əsasında Oğuz əcdad kultu durur. Oğuz dövlətçilik ənənəsi əcdad Oğuz xanla başlanır və onunla da davam edir”.

   Filologiya üzrə fəlsəfə doktoru Əfzələddin Əskər “Türk dövlətçilik ənənəsində bayraqlar və bayraq qurbanı mərasimi” adlı məruzəsində bildirib ki, dövlət milli mədəniyyətin maksimum nöqtəsidir: “Bəşər övladı dövlətdən böyük dəyər kəşf etməyib. Əgər bir xalq təbii şəkildə dövlət qurur, dövlətçiliyə gəlib çıxırsa, deməli, o xalq sivil xalqlar sırasındadır”. Ə.Əsgər “bayraq” anlayışı ilə “tuğ” anlayışının mənasını açıb: “Bunlar arasında incə bir həd var idi. Bayraq daha çox simvolik, tuğ isə mübarək anlam daşıyırdı”.

   Filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavəri “Azərbaycan milli mədəniyyət sistemində folklor və dövlətçilik” adlı məruzəsində vurğulayıb: “Hər bir xalqın inkişaf tarixində dövlət quruculuğu ilə bağlı müxtəlif təsisatların yaradılması hər şeydən əvvəl onun yüksək mənəvi inkişafının göstəricisidir. Etnosun şifahi, kollektiv yaddaşında dövlətçilik ənənəsi nə qədər güclüdürsə, dövlət quruculuğu da bir o qədər mükəmməl təsir bağışlayır. Folklor mədəniyyətin digər təsisatlarından fərqli olaraq ictimai rəyə daha çox təsir etmək və ictimai rəyi bir hər hansı ideya ətrafında daha çox birləşdirmək imkanınamalikdir. Dövlətçiliyin folklor vasitəsilə mövcudluğu bu mexanizmə əsaslanır. Beləliklə, folklor dövlətçilik təfəkkürünün həm stimulyatoru kimi, həm də dövlətçilik ənənələrinin formalaşmasının və inkişafının əsas arealı kimi çıxış edir. Folklorun ən əsas funksional keyfiyyətlərindən biri etnosun biliyinin, təcrübəsinin qorunub saxlanılmasıdırsa, deməli, dövlətçilik təfəkkürü ən konservativ şəkildə folklor yaddaşında qorunub saxlanılır”.

   Filologiya üzrə fəlsəfə doktoru Ağaverdi Xəlil “Türk xalqlarının mərasim folkloru və dövlətçilik” mövzusunda məruzəsində bildirib: “ M ərasim kifayət qədər geniş bir sahədir və onun praktik aspektləri ilə yanaşı nəzəri məsələləri də mövcuddur. Bir çox mərasimlərin çox əski tarixi-mədəni kökləri var və zamanla bir sıra dəyişikliklərə məruz qalaraq günümüzə qədər gəlib çatıb. Mərasimlərin digər bir hissəsi isə yeni dövrlə bağlıdır. Müstəqil dövlətçilik dövrünün də mərasim mədəniyyəti mövcuddur və bu məqam daha çox qlobal inteqrasiya prosesləri içərisində gerçəkləşməkdədir.Mərasim etnik-mədəni davranışın mühüm bir tərkib hissəsi olaraq milli mədəniyyətin təməllərindən birini təşkil edir. Çünki mərasim davranışı fərqli bir davranışdır və bu davranışda millət rəsmən özünü mikro dövlətçilik modelində təsdiq etmiş olur. Ona görə də mərasim mədəniyyəti dövlət anlayışı və millət davranışı üçün mühüm əhəmiyyət daşıyır. Çünki dövlət təşkil olunmuş idarəçilik, millət təşkil olunmuş xalqdır; hər ikisində mütəşəkillik mühüm prinsipdir. Mərasim insanları mütəşəkkillik mədəniyyətinə alışdırır və ictimai mədəniyyətin əsaslarını möhkəmləndirir ” .

    Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü  Muxtar Kazımoğlu-İmanov tədbiri yekunlaşdırıb, məruzəçilərə, habelə iştirakçılara təşəkkürünü bildirib.

Mətbuat xidməti

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.