Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
20.01.2023

Folklor İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib

19 yanvar 2023-cü il tarixində AMEA Folklor İnstitutunda 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbiri giriş sözü ilə İnstitutun baş direktoru, akademik Muxtar Kazımoğlu – İmanov açaraq, 20 Yanvar hadisələrinin xalqımızın müstəqillik tarixində oynadığı mühüm roldan bəhs edib.  Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Folklor studiyasının 20 Yanvar faciəsi ilə bağlı hazırladığı videoçarx nümayiş olunub. O dövr hadisələrinin lent yazılarını özündə əks etdirən videoçarxın nümayişindən sonra akademik sözünə əlavə olaraq qeyd edib ki, o hadisələr xalqın ərazi bütövlüyü və milli istiqlal uğrunda mübarizəsinin başlanğıc nöqtəsidir. Bu mübarizəyə görə 20 Yanvar ərəfəsində Azərbaycan xalqı dünya siyasi dairələri, analitiklər tərəfindən “Dünyanın ən mübariz xalqı” elan olunub.

Daha sonra söz tədbirdə qonaq qismində iştirak edən I Qarabağ müharibəsi veteranı, hərbi jurnalist, “Səhər” qəzetinin əməkdaşı Mahir Süleymanova verilib. O, Yanvar hadisələrinin şahidi olaraq bildirib ki, həmin ağır dönəmdə Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında, xalqa obyektiv informasiya ötürülməsində o vaxt “Kommunist” qəzetinin  (indiki “Xalq qəzeti”)  əlavəsi  kimi nəşr olunan “Səhər” qəzeti və onun əməkdaşlarının, o cümlədən Məzahir Süleymanzadə (baş redaktor), Rəfail Nağıyev, Şakir Yaqubov kimi jurnalistlərin çox böyük rolu olub. M.Süleymanov çıxışında vurğulayıb ki, milli yaddaşımızda əbədi həkk olunan 20 Yanvar faciəsində qəhrəman oğullarımız şəhidlik zirvəsinə yüksələrək, Azərbaycan xalqının yenilməz birliyini, əzmkarlığını, vətənpərvərlik hissinin qüdrətini bütün dünyaya nümayiş etdiriblər.

Türk xalqları folkloru şöbəsinin müdiri, f.e.d., prof. Əfzələddin Əsgərov da faciə ilə bağlı təəssüratlarını bölüşüb. O, totalitar sovet rejiminin cinayətkar mahiyyətini bütün dünyaya bir daha göstərən həmin qanlı gecənin şahidi olduğunu və bu tarixin xalqımızın istiqlalında böyük əhəmiyyət daşıdığını bildirib.

Klassik folklor şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Nail Qurbanov öz çıxışında 20 Yanvarın təkcə hüzn günü deyil, həm də tariximizin ən parlaq, ən şanlı səhifəsi olduğunu vurğulayıb. Sonda akademik Muxtar Kazımoğlu – İmanov anım tədbirini yekunlaşdıraraq 20 Yanvar faciəsinin xalqımızın azadlıq mücadiləsinin bariz nümunəsi, tariximizin qəhrəmanlıq salnaməsi olduğunu və 20 Yanvar qurbanlarının xatirəsinin əbədi yaşayacağını bildirib.

 

 

 

 

 

 

 


 

 

 

 

 

 

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR







 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.