Aşıq Valehin 300 illik yubileyinə həsr olunmuş "Ustad sənətkar” mövzusunda Elmi Konfrans keçirilib

28 dekabr 2022-ci ildə Ağdam Muğam Mərkəzində Ağdam rayon İcra Hakimiyyəti, AMEA Folklor İnstitutu və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə Aşıq Valehin 300 illik yubileyinə həsr olunmuş "Ustad sənətkar” mövzusunda Elmi Konfrans keçirilib. Konfransda həm də fil.ü.f.d. Almara Nəbiyevanın Aşıq Valehin yaradıcılığına həsr etmiş olduğu “Qarabağdan səfər etdim” adlı kitab tədbir iştirakçılarına təqdim edilib.

Elmi seminarın aparıcısı yazıçı-publisist , əməkdar mədəniyyət işçisi Mustafa Çəmənli ilk sozu Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənova verib. Bundan sonra İcra aparatının əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı, “Qarabağdan səfər etdim” kitabının müəllifi, fil.ü. f. d., BDU-nun “Dədə Qorqud” Elmi-tədqiqat laboratoriyasının mudiri Almara Nəbiyeva, AMEA-nın Folklor İnstitutunun əməkdaşları fil.ü. f. d., dos. İlhamə Qəsəbova, fil.ü. f. d, dos. Qalib Sayılov, Azərbaycan Pedoqoji Universitetinin professoru Mahmud Allahmanlı, tibb elmləri doktoru Zakir Əliyev, AMEA Tarix İnstitutunun və BDU Coğrafiya fakültəsinin əməkdaşları, ictimai xadimlər, tarix tədqiqatçıları, Aşıqlar Birliyinin üzvləri Aşıq Nəbi Nağıyev, Aşıq Nazim Quliyev, Balabançı Ələkbər Ələkbərov, Aşıq Mehdi Mənsimov, Aşıq Şahin Süleymanov, Aşıq Təbriz Vəliyev, Aşıq Kərəm Təbrizoglu, Aşıq Jalə Əliyeva, Aşıq Afil Bəxtiyarov, həmçinin Aşıq Valeh nəslinin və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən natiqlər, həmçinin AMEA Folklor İnstitutunun əməkdaşları fil. ü. f. d., dos. Qalib Sayılov, fil. ü. f. d., dos. İlhamə Qəsəbova Aşıq Valehin həyat və yaradıcılığından geniş şəkildə bəhs ediblər.
Elmi seminarın sonunda Ağdam RİH başçısı Vaqif Həsənov tərəfindən qonaqlara təşəkkürnamələr təqdim olunub. Aşıq Valehin kötücəsi Heyruz Əziz oglu Əliyev Elmi seminarın istirakçılarına nəsil şəcərəsi adından təşəkkürünü bildirib. Çıxış edənlər Ağdam İcra Hakimiyyətinin başçısı Vaqif Həsənova , AMEA Folklor İnstitutunun direktoru Akademik Muxtar Kazımoğlu-İmanov olmaqla bütün kollektivinə təşəkkür ediblər.

