AMEA Folklor İnstitutu
Professor Kamran Məmmədovun anadan olmasının 100 illiyinə həsr olunmuş
“ŞİFAHİ VƏ YAZILI ƏDƏBİYYATIMIZIN GÖRKƏMLİ TƏDQİQATÇISI”
mövzusunda Elmi Konfrans
(Bakı şəhəri, 24 yanvar 2023-cü il)
Azərbaycan ədəbiyyatı tarixində önəmli mövqeyə malik olan unudulmaz alim – filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Kamran Dadaş oğlu Məmmədovun anadan olmasının 100 illiyi tamam olur. Görkəmli alimin yubileyi münasibətilə tədbirlər, konfranslar, elmi sessiyalar və seminarlar təşkil olunur.
Azərbaycan ədəbiyyatı tarixinin bir çox problemlərinin tədqiqində, xüsusilə XIX-XX əsrlər ədəbiyyatının öyrənilməsində Kamran Məmmədovun xidmətləri əvəzsizdir. O, “Əbdürrəhim bəy Haqverdiyev”, “Qasım bəy Zakir”, “Nəcəf bəy Vəzirov”, “Yusif Vəzir Çəmənzəminli”, “XIX əsr Azərbaycan şeirində satira”, “XX əsr Azərbaycan gülüşü” monoqrafiyalarının və iki yüzdən artıq elmi, publisistik məqalənin müəllifidir. Kamran Məmmədov həm də üç cildlik “Azərbaycan ədəbiyyatı tarixi” kimi fundamental tədqiqatın müəlliflərindən biridir. Onun əsərləri arxiv sənədlərinin zənginliyi, elmiliyi və müasirliyi ilə seçilir.
Kamran Məmmədov bədii yaradıcılıqla da ardıcıl məşğul olmuş və oxuculara “Kamran Dadaşoğlu” imzası ilə tanınmışdır. “Ömrün izi”, “Dünyamız uşaq gözündə” adlı hekayələr kitabı və iki hissədən ibarət “Yuxusuz illər” xatirə povesti onun bədii fəaliyyətinin nümunələridir. Müəllifin “Görkəmli yazıçıların həyatından dəqiqələr” kitabı da oxucular tərəfindən maraqla qarşılanmışdır.
“Şərəf nişanı” ordeni və müxtəlif medallarla təltif olunmuş, “Əməkdar elm xadimi” kimi fəxri ada layiq görülmüş görkəmli alim Azərbaycan və Türkiyə Ensiklopediyalarının da üzvü olmuşdur. O, bütün həyatı boyu doğma vətəninin və xalqının elmi və mədəni tərəqqisi yolunda yorulmadan çalışmış, gənc alimlərin yetişməsinə xüsusi önəm verərək onlara diqqət və qayğısını əsirgəməmişdir.
AMEA Folklor İnstitutunda professor Kamran Məmmədovun anadan olmasının 100 illiyinə həsr olunmuş “Şifahi və yazılı ədəbiyyatımızın görkəmli tədqiqatçısı” mövzusunda Elmi Konfrans keçirmək planlaşdırılır. Sizi tanınmış alimin şərəfli həyat yolunun və yaradıcılığının müxtəlif mərhələlərinə, həmçinin folklor və yazılı ədəbiyyatın problemlərinə həsr olunacaq məruzələrlə konfransda iştiraka dəvət edirik.
KONFRANSIN TƏŞKİLAT KOMİTƏSİ
Sədr:
Akad. Muxtar Kazımoğlu-İmanov – AMEA Folklor İnstitutunun baş direktoru
Elmi heyət (əlifba sırası ilə):
Afaq Ramazanova – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun icraçı direktoru
Ağaverdi Xəlil – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Elçin Abbasov – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun elmi katibi
Elxan Məmmədli – Fil.ü.f.d., AMEA Folklor İnstitutunun şöbə müdiri
Əfzələddin Əsgər – Fil.e.d., prof., AMEA Folklor İnstitutunun şöbə müdiri
Əli Şamil – AMEA Folklor İnstitutu direktorunun xarici əlaqələr üzrə müşaviri
Əziz Ələkbərli – Fil.e.d., AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi
Fidan Qasımova – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Füzuli Bayat – Fil.e.d., prof., AMEA Folklor İnstitutunun şöbə müdiri
İlkin Rüstəmzadə – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Leyla Məmmədova – Fil.e.d., dos. , AMEA Folklor İnstitutunun şöbə müdiri
Ləman Süleymanova – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Mətanət Abbasova – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Nailə Rəhimbəyli – Sən.e.d., prof., AMEA Folklor İnstitutunun şöbə müdiri
Oruc Əliyev – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Ramazan Qafarlı – Fil.e.d., AMEA Folklor İnstitutunun şöbə müdiri
Rza Xəlilov – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Seyfəddin Rzasoy – Fil.e.d., prof., AMEA Folklor İnstitutunun şöbə müdiri
Katib:
Gülnar Osmanova – fil.ü.f.d., AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi
MÜHÜM TARİXLƏR:
• Konfransda iştirak etmək istəyənlər 150-200 sözdən ibarət məruzə özətlərini 15 yanvar 2023-cü il tarixinədək k.memmedov100@mail.ru elektron poçt ünvanına göndərə bilərlər.
• Özətlərin qəbul edilib-edilmədiyi haqqında müəlliflərə 17 yanvar 2023-cü il tarixində elektron poçt ünvanı vasitəsi ilə məlumat veriləcəkdir.
• Konfrans 24 yanvar 2023-cü il tarixində AMEA Folklor İnstitutunda gerçəkləşdiriləcəkdir.
• Konfrans materialları kitabının elektron variantı tərtib olunacaqdır. |