AMEA Folklor İnstitutunun əməkdaşı MDB-yə üzv ölkələrin Forumunda iştirak edib

12-13 dekabr 2022-ci il tarixində Özbəkistanın paytaxtı Daşkənd şəhərində MDB ölkələrinin yaradıcı və elmi ziyalılarının XV forumu keçirilib. Forumun əsas mövzusu “Humanitar əməkdaşlıq – otuz ilin təcrübəsi və inkişaf perspektivləri” olub. Forumda MDB-nin elm, mədəniyyət xadimləri, təşkilatların və ictimai birliklərin nümayəndələri iştirak ediblər.

Azərbaycanı bu forumda 16 nəfərlik nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinə MDB-yə üzv ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun sədri, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu rəhbərlik edib, heyətin tərkibinə isə ADMİU-nin rektoru, prof. Gülçöhrə Məmmədova, BDU-nun kafedra müdiri, prof. Rəbiyyət Aslanova, AzDTU-nin kafedra müdiri, professor Gülarə Teymurova, Bakı Jaz-Festivalının direktoru Leyla Sultanova, AZƏRTAC-ın müxbiri Laçın Sultanova, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünas Alla Bayramova, Azərbaycan Milli Konservatoriyasının professoru Ülkər Əliyeva, Xalq rəssamı Natiq Əliyev, Azərbaycan Memarlar İttifaqının üzvü Rizvan Bayramov, prof.Dürdanə Vəkilova və b. daxil edilib.

Forumda Azərbaycan Milli Elmlər Akademiyasını iki nümayəndə - AMEA Folklor İnstitutunun icraçı direktoru f.ü.f.d., dos. Afaq Ramazanova və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Təhsil şöbəsinin müdiri f.ü.f.d., dos. Samir Səttarov təmsil edib.