Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
15.12.2022

İnternet folkloruna həsr olunmuş elmi tədqiqat “Web of Science” və “Scopus” bazalarında indeksləşən jurnalda çap olunub

AMEA-nın vitse-prezidentinin xidmətində elmi katib, Folklor İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Hikmət Quliyevin “İnternet folkloru kontekstində parodik qəhrəmanın qavranılması: sosial etiraz və yetkinliyə mədəni keçid” adlı məqaləsi “Web of Science” və “Scopus” bazalarına daxil olan “Milli Folklor” jurnalında dərc edilib.
1989-cu ildən fəaliyyətə başlayan Milli Folklor jurnalı hazırda dünyanın bir sıra nüfuzlu beynəlxalq elmi bazaları, o cümlədən “Web of Science” və “Scopus”-da indekslənir (H-index 10, Q3). Folklorşünaslıq, etnologiya, antropologiya, ədəbiyyat və mədəniyyət sahələrində aparılan tədqiqatların nəşri sahəsində ixtisaslaşan jurnal 1998-ci ildən etibarən beynəlxalq bazalarda yer alıb.
Araşdırma folklorşünaslıq, mədəniyyətşünaslıq və kommunikasiya ilə bağlı müasir yanaşmalarda ortaya qoyulan elmi-nəzəri görüşlərin sintezi əsasında aparılıb. Multidissiplinar kontekstdə ərsəyən gələn tədqiqat AMEA-nın Folklor İnstitutu ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu arasında son illərdə internet folkloru üzrə aparılan birgə elmi araşdırmaların nəticələrini özündə təcəssüm etdirir.
Məqalədə H.Quliyevin son illərdə internet folkloru ilə bağlı apardığı araşdırmaların elmi nəticə və qənaətləri əks olunub. Alim ilk dəfə olaraq sosial-antropoloji yanaşma əsasında internet folkloru kontekstində azərbaycandilli virtual folklor mühitində meydana gələn yaradıcılıq faktlarını təhlil edib, ənənəvi obraz, motiv və süjetlərin virtual sosial mühitdə qazandığı yeni spesifikanı öyrənib. Hazırki dövrdə sosial-mədəni proseslərin, o cümlədən folklorun internet mühitində, sosial mediada icra olunduğunu nəzərə alan müəllif bu gerçəkliyin həm forma, həm məzmun, həm də üslubi cəhətdən yeni mənaların yaranmasına səbəb olduğunu vurğulayıb. Qeyd olunub ki, internet folkloru ənənəvi mədəni yaddaş və düşüncə mexanizmlərindən qaynaqlanmaqla yanaşı, cari sosial gerçəklik kontekstində aktuallaşdığı üçün azərbaycandilli virtual folklor mühiti eyni zamanda sosial proseslərin analizi, aktual trend və tendensiyaların müəyyənləşdirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.
Tədqiqat azərbaycandilli virtual folklor mühitində meydana çıxan parodik qəhrəman anlayışının psixogenezisinin şərhinə həsr olunub. Müəllif virtual folklor performansı kontekstində yaranan sosial protest davranışının sosio-mədəni və sosio-psixoloji qaynağını, eləcə də fəlsəfi-ideoloji mahiyyətini araşdırıb. Araşdırma nəticəsində müəyyən olunub ki, sosial protest davranışının təbiətində “ərgənliyə mədəni keçid” motivi dayanır. Eyni zamanda məqalədə belə bir qənaət irəli sürülür ki, internet folklorunda meydana gələn komik, satirik və ironik üslublu folklorik faktlar, əslində, sosial protest davranışının mədəni yaradıcılıqda özünü göstərən üslubi çalarlarıdır. Təhlil zamanı ənənəvi folklorda Koroğlu obrazı ilə bağlı mövcud olan qəhrəmanlıq, eyni zamanda triksterik motivlər, dastan, rəvayət, deyim və inanc mətnləri diqqət mərkəzinə gətirilib, burada özünü göstərən ciddi və komik motivlər parodik interpretasiya rakursundan analiz olunub. Müəyyən edilib ki, Dədə Qorqud, Koroğlu və Molla Nəsrəddin obrazları ilə bağlı ənənəvi sosial mühitdə müşahidə olunan parodik əlamətlər internetdə, virtual diskursda da bir qədər fərqli formada özünü göstərir.
Məqalədə vurğulanır ki, virtual sosial mədəni mühitin əsasən gənclərdən təşkil olunması, internetin istifadəçilər üçün anonimlik imkanı yaratması, eyni zamanda informasiya cəmiyyəti ideologiyasının təsiri ilə internet folklorunda ənənəyə, stereotiplərə münasibətdə yeni reallıq ortaya çıxıb. İnternetin açıq informasiya mühiti kimi müxtəlif dünyagörüş və baxışların, adət və ənənələrin çulğalaşmasına, virtual sosial şəbəkələrdə kollektiv düşüncənin fərdi rəy və mövqe üzərindən ifadəsinə rəvac verməsi ənənəvi mədəni yaddaşda dərin izlər buraxan bir sıra mövzu, obraz, motiv və süjetlərin virtual sosial mühitdə yenidən aktuallaşmasına, ənənəvi stereotiplərin bəzən dəstəklənməsi, bəzən isə inkar olunmasına gətirib çıxarıb. Beləcə sosio-texnoloji platformada sosio-mədəni şərtlər zəminində formalaşan virtual sosial mühit ənənənin inkarı, ənənəyə alternativlər yaratma və ənənədən qaçmağı ehtiva edən sosial protest funksiyasının prioritet bir axına çevrilməsinə yol açıb. Aparılan analizlər nəticəsində ənənəvi qəhrəman konseptinin Koroğlu obrazı örnəyində virtual sosio-mədəni mühitdə məzmun baxımından dəyişikliyə uğradığı, əsasən gənclər və yeniyetmələrdən təşkil olunan sosial qruplarda komik biçimdə parodikləşdiyi aşkar olunub.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR







 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.