Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
30.11.2022

Güney Azərbaycan mövzusu günümüzün reallığıdır

AMEA Folklor İnstitutunun əməkdaşları İran İslam Respublikasında son günlər baş verən hadisələrə biganə qalmayaraq, fars rejiminin dinc əhaliyə, xüsusilə də qanbir-canbir qardaşlarımıza qarşı törətdikləri vəhşiliklərə etiraz səslərini ucaltmaqdadırlar. Belə ki, Güney Azərbaycan folklor örnəklərinin toplanıb nəşr edilməsi, tədqiqi ilə məşğul olan əməkdaşlarımız son günlərdə daha da fəallıq göstərirlər. Müxtəlif mövzuda yazdıqları məqalələrlə mətbu orqanlarda çıxış edən əməkdaşlarımız bu yazılarla Güneyli soydaşlarımızla həmrəylik nümayiş etdirdiklərini, bu çətin dönəmlərdə onların yanında olduqlarını sübut etməkdədirlər.
İnstitutumuzun “Cənubi Azərbaycan folkloru” şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Maşallahqızı (Abbasova) “Təbrizin folklor inciləri” (“Xalq qəzeti”, 22 noyabr, 2022), həmin şöbənin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli “İranda Türk milli kimliyini yaşadan aşıq sənəti” (“Xalq qəzeti”, 24 noyabr, 2022), “Türk xalqları folkloru” şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, professor Əfzələddin Əsgər “Əziz Təbriz” (“Xalq qəzeti”, 26 noyabr, 2022), “Cənubi Azərbaycan folkloru” şöbəsinin elmi işçisi Səbuhi Bədəlov “Güneydə yaranan xalq ədəbiyyatı inciləri” (“Xalq qəzeti”, 30 noyabr, 2022) mövzusunda maraq doğuran yazılarla çıxış etmişlər.
Təbii ki, Güneyimizin milli-mənəvi dəyərləri, tarixi keçmişi və bugünü, folklor örnəkləri olduqca zəngin bir xəzinədir. Həmin zəngin xəzinənin nəsildən-nəsilə ötürülərək daha da inkişaf etdirilməsi üçün göstərilən çabalar, soydaşlarımızın davamlı cəhdləri isə daim fars rejiminin qəddar siyasətinin təzyiqi ilə yatırılmağa çalışılır.
Güneyli qardaş-bacılarımızın üzləşdikləri haqsızlıqlar, mədəniyyət, ədəbiyyat, milli-mənəvi dəyərlər, dil və anadilli məktəb və s. kimi problemləri ilə bağlı yazılarımız davamlı olaraq dövri mətbuatda işıq üzü görəcəkdir.

Qiymət MƏHƏRRƏMLİ

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.