Fəlsəfə doktorluğu hazırlığı üzrə doktorluq imtahanları keçirilib
29 noyabr 2022-ci il ltarixində AMEA Folklor İnstitutunda 5719.01 – “Folklorşünaslıq” və 5716.01 – “Azərbaycan ədəbiyyatı” fənlərindən fəlsəfə doktorluğu hazırlığı üzrə doktorluq imtahanları keçirilib.
AMEA prezidentinin “Qış imtahan sessiyasının keçirilməsi haqqında” 24 oktyabr 2022-ci il tarixli 551 saylı sərəncamına əsasən, institutun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanovun müvafiq əmri ilə doktorluq imtahanlarının keçirilməsi üçün imtahan komissiyası yaradılıb. “Folklorşünaslıq” ixtisası üzrə 2 nəfər, “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə 1 nəfər bilet üsulu ilə imtahan verib. Nəticələr imtahan bitdikdən sonra imtahan sədri, akademik Muxtar Kazımoğlu-İmanov tərəfindən elan edilib.

|