Folklor İnstitutunun əməkdaşları Türkiyədə 4-cü Beynəlxalq Türk Dünyası Təhsil Elmləri və Sosial Elmlər Konqresində iştirak edib

24-27 noyabr 2022-ci il tarixlərində Türkiyənin Antalya şəhərində “4-cü Beynəlxalq Türk Dünyası Təhsil Elmləri və Sosial Elmlər Konqresi” (“4.Uluslararası Türk Dünyası Eğitim Bilimleri ve Sosyal Bilimler Kongresi”) öz işinə başlayıb. Böyük Zəfərin 100-cü ildönümünə həsr edilən bu Konqres “Türk Təhsil-Sen və Beynəlxalq Avrasiya Təhsil Birliyi” tərəfindən təşkil edilib.
“4-cü Beynəlxalq Türk Dünyası Təhsil Elmləri və Sosial Elmlər Konqresi”-nə “Türk Təhsil-Sen və UAESEB sədri Talip Geylan, Türk Təhsil-Sen Baş Qərargah müdirləri, Beynəlxalq Avrasiya Təhsil Birliyinə üzv təşkilatların sədrləri, Türkiyədən, Türk dünyasından, eləcə də bir çox xarici ölkələrdən elm adamları və digər nümayəndələr də qatılıblar.

Bu nüfuzlu “4-cü Beynəlxalq Türk Dünyası Təhsil Elmləri və Sosial Elmlər Konqresi”-də AMEA Folklor İnstitutunun elm adamları - fil. ü. f. d., dosent Tahir Orucov, fil. ü. f. d., dosent Aynur İbrahimova, fil. ü. f. d., dosent, Folklor nəzəriyyəsi şöbəsinin müdiri Fidan Qasımova, fil. ü. f. d., dosent İlhamə Qəsəbova və elmi işçi Günay Oruczadə bu Beynəlxalq Konqresdə də iştirak edirdilər.

Beynəlxalq Konqresdə də iştirak edən Folklor İnstitutunun elm adamları müxtəlif oturumlarda maraqlı məruzələrlə çıxış etmişlər. Fil. ü. f. d., dosent Tahir Orucov “Anadolu, Azerbaycan ve Balkan Türklerinin epik folklorunun benzerlik ve farklılıkları: mesel, destan, atasözü ve bilmece türleri esasında.”, fil. ü. f. d., dosent Aynur İbrahimova “Türk Dünyasi ve Göç Kültürü, Kadim Gelenekler, Yitirilen Değerler (AzerbaycanTovuz İli Örneğinde)”, fil. ü. f. d., Folklor nəzəriyyəsi şöbəsinin müdiri, dosent Fidan Qasımova “Kitabi-Dede Korkut ve Kuhulin Destanlarinda İmgelerin Tipolojisi”, fil. ü. f. d., dosent İlhamə Qəsəbova “Azerbaycan Folklor Bilimi ve Aşık Edebiyatıın Baski Dönemi (1937`li yıllar), elmi işçi Günay Oruczadə “Türk ve Azerbaycan folklorunda halk oyunları: Kökeni, tarihi ve oluşumu” mövzularında diqqətçəkən məruzələr etmişlər.
Bu çıxışlara görə onların hər biri Türk Təhsil-Sen və UAESEB sədri Talip Geylanın imzası ilə “Duatepe Bilim Ödülü" və Təşəkkürnamə" almışlar. “4-cü Beynəlxalq Türk Dünyası Təhsil Elmləri və Sosial Elmlər Konqresi” noyabrın 27-də öz işini başa çatdırmışdır.


 |