“Əhməd Cavad yaradıcılığının Azərbaycan folklorunun poetik strukturunda yeri və rolu”

Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2022-ci il Sərəncamına əsasən 28 oktyabr 2022-ci ildə Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi ilə bağlı nəzərdə tutulan tədbirlərin tərkib hissəsi kimi Elm və Təhsil Nazirliyinin “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalının “Xüsusi buraxılış”ının Bakı şəhəri 214 saylı tam orta məktəbdə təqdimatı keçirilmişdir. Tədbirdə AMEA Folklor İnstitutu Folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi, dosent Sevinc Kərim qızı Əliyeva “Əhməd Cavad yaradıcılığının Azərbaycan folklorunun poetik strukturunda yeri və rolu” adlı məruzə ilə çıxış etmişdir. Jurnalın həm də redaksiya şurasının üzvlərindən biri olan dosent Sevinc Əliyeva məruzəsində qeyd etmişdir ki, hər zaman aktual olan yazılı ədəbiyyat və xalq ədəbiyyatı məsələsi XX əsrin əvvəlləri daha sürətlə öyrənilməyə başladı.

Çünki Azərbaycanın və türk xalqlarının tarixində və taleyində mühüm rol oynayan, ciddi elmi-nəzəri və ədəbi-mədəni irs qoyub gedən milli ziyalılarımızın tanıdılması, öyrənilməsi, onlardan miras qalan örnəklərə dəyən zərbə və zədələrin bərpasını qarşıda duran əsas vəzifələrdən biri hesab etməliyik. Əhməd Cavadın da elmi və bədii irslərinin öyrənilməsinin vacibliyini şərtləndirən əsas amillərdən biri də onun ideya adamı olmasıdır. Azərbaycan xalqının dövlətçilik ənənələrini özündə yaşadan, eləcə də xalqının maraqlarını ifadə edən ideya adamlarının öyrənilməsi həm də bu baxımdan olduqca maraqlıdır. Azərbaycanın və türk xalqlarının tarixində və taleyində mühüm rol oynayan, ciddi elmi-nəzəri və ədəbi-mədəni irs qoyub gedən milli ziyalılarımızın tanıdılması, öyrənilməsi, onlardan miras qalan örnəklərə dəyən zərbə və zədələrin bərpasını qarşıda duran əsas vəzifələrdən biri hesab etməliyik. Əhməd Cavadın da elmi və bədii irslərinin öyrənilməsinin vacibliyini şərtləndirən əsas amillərdən biri də onun ideya, fikir adamı olmasıdır. Azərbaycan xalqının dövlətçilik ənənələrini özündə yaşadan, eləcə də xalqın maraqlarını özündə ifadə edən bu cür şəxsiyyətlərin öyrənilməsi həm də bu baxımdan olduqca maraqlıdır. Tədbirin sonunda əməkdaşımıza jurnalın “Təşəkkürnaməsi” təqdim olunmuşdur. Tədbir münasibətilə biz də kollektivimiz adından Sevinc Əliyevanı təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.
