Folklor İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib

04 oktyabr 2022-ci il tarixində AMEA Folklor İnstitutu Elmi Şurasının növbəti iclası keçirilib. İclasda AMEA Folklor İnstitutunun 2022-ci üçün elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturasına qəbulun nəticələri müzakirə edilib.

İnstitutun Təhsil şöbəsinin müdiri, fil.ü.f.d., dos.Ləman Süleymanova 2022-ci tədris ili üçün “Folklorşünaslıq” və “Azərbaycan ədəbiyyatı” ixtisasından elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənədləri qəbul edilmiş şəxslər barədə məlumat verib. İlk öncə Vəliyev Əpoş İslam oğlunun elmlər doktoru proqramı üzrə 5716.01- Azərbaycan ədəbiyyatı ixtisasından qiyabi doktoranturaya qəbulu məsələsinə baxılıb. Dissertanta təklif olunan mövzu və elmi məsləhətçi təsdiq edilib. Daha sonra Adışirinov Nizami Şamil oğlu, Səfiyeva Vüsal Arif qızı və Əliyeva Sevinc Kərim qızının 5719.01- Folklorşünaslıq ixtisası üzrə elmlər doktoru hazırlığı üzrə dissertanturaya qəbulu barədə məsələ müzakirə edilib. Bu barədə müsbət qərar qəbul edən Şura iddiaçıların dissertasiya mövzularını və məsləhətçilərini təsdiq edib.


