Əməkdaşımız Azərbaycan radiosu ilə TRT 1 – “Türkiyənin səsi” radiosunun birgə layihəsi olan “Durna teli” verilişinin canlı yayımda qonağı olub
Sentyabrın 30-da AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Elçin Qaliboğlu Azərbaycan radiosu ilə Türkiyənin TRT 1 – “Türkiyənin səsi” radiosunun birgə layihəsi olan “Durna teli” verilişinin canlı yayımda qonağı olub.
Bir saatlıq ortaq yayında öncəki ilk yarım saatda “Türkiyənin səsi” radiosundan Yasəmən Pamukçunun aparıcılığı ilə Ankara Universiteti Uşaq və Gənclik Ədəbiyyatı Tətbiq və Araşdırma Mərkəzinin direktoru prof. dr. Sedat Sever uşaqların dil tərbiyəsi mövzusunda qənaətlərini bölüşüb.
Canlı yayımın ikinci yarım saatında aparıcı Dilşad Tahirqızı ilə söhbətində fil.ü.f.d. Elçin Qaliboğlu Azərbaycan atalar sözlərində vətənpərvərlik, yurdla bağlı örnəklərin mahiyyətindən danışıb. Habelə verilişdə ailələrdə vətənpərvərlik ruhunun tərbiyəsində ümumən folklor janrlarından bəhrələnmə, valideynlərin məsuliyyəti, çağdaş dövrdə bədii ədəbiyyatda sözügedən mövzuda aforistik üslubun inkişafı və b. məsələlərə də toxunulub.

|