Folklor İnstitutunun əməkdaşı Azərbaycan radiosunun qonağı olub
AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova Azərbaycan Dövlət radiosunda Türkiyə ilə Azərbaycanın ortaq yayımı olan TRT TSR-də, Dilşad Mirzoyevanın təqdimatında “Durna teli” proqramının canlı yayımında qonaq olub. O, 09-12 oktyabr 2022-ci il tarixlərində Türkiyənin Ərzincan şəhərində keçiriləcək “Uluslararası Türk Dünyası Simpoziumu" ilə bağlı məlumat verərək, tədbirin əhəmiyyətindən bəhs edib. Əməkdaşımız bildirib ki, sözügedən simpozium Erzincan Binali Yıldırım Üniversitesinin ev sahibliyində, Türk Devletleri Teşkilatı Aksakallar Konseyi Başkanı Sayın Binali YILDIRIM ve Türkiye Cumhuriyeti Kültür ve Turizm Bakanlığının birgə təşkilatçılığı ilə keçiriləcək.

Qeyd edək ki, fil.ü.f.d.,dos. İlhamə Qəsəbova simpoziumun təşkilat komitəsində yer almaqla Qafqaz xalqları üzrə koordinator təyin edilib.
"Durna teli" verilişinə qardaş Türkiyədən, Ərzincan Binəli Yıldırım Universitetindən simpoziumun təşkilat komitəsinin sədri Prof. Dr. Abdulkadir Gül də qatılaraq keçiriləcək tədbirdə Türk dünyasının dil, tarix, kültür, sənət, təhsil, enerji, diaspora, ticarət, coğrafiya, sosioloji, folklor, antropologiya turizm, beynəlxalq əlaqələr, iqtisadiyyat, bələdiyyəçilik, ilahiyyat, hüquq kimi bir çox sahələrdə elmi araşdırmalara ortaq zəmin yaratmaq üçün təşkil ediləcəyini vurğulayıb və Türk Dövlətləri Təşkilatının 2040 vizyonu əsas alınaraq ortaq bir rasional, uyqulama ola biləcəyi ilə bağlı işlərin görüləcəyini söyləyib. Prof. Dr. Abdulkadir Gül Türk Dünyasındakı iş birliyinin bundan sonra da çoxşaxəli bir şəkildə güclənəcəyini və dərinləşəcəyini də xüsusi qeyd edib. O, sonda simpoziuma maddi-mənəvi dəstək olanlara öz təşəkkürünü bildirib.

|