Əməkdaşımız Kayseridə keçirilən beynəlxalq konfransda plaketlə mükafatlandırılıb
30 iyun-02 iyul 2022-ci il tarixlərində Türkiyə Cümhuriyyətinin Kayseri şəhərinin Dəvəli bölgəsində keçirilən 3. Uluslararası Dəvəli-Aşıq Seyrani və Türk Kültürü Konfransında Azərbaycan heyətindən AMEA Folklor İnstitutunun Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Süleymanova plaketlə mükafatlandırılıb. Plaket Dəvəli bələdiyyə başqanı Mehmet Cabbar tərəfindən əməkdaşımıza konfransa verdiyi töhfə və dəstəyə görə təqdim olunub.
Qeyd edək k, fil.ü.f.d.,dos. Ləman Süleymanova konfransda "Kına Törenlerinin Dünü Ve Bugünü" mövzusunda məruzə edib.



|