Folklor İnstitutunun əməkdaşları Kayseridə beynəlxalq konfransda iştirak ediblər
30 iyun-02 iyul tarixləri arasında Türkiyənin Kayseri şəhərinin Dəvəçi bölgəsində 3. Uluslararası Dəvəli-Aşıq Seyrani və Türk Kültürü konfransı keçirilib. Dəvətli bələdiyyəsinin təşkilatçılığı ilə 3. Uluslararası Dəvəli-Aşıq Seyrani və Türk Kültürü konfransı möhtəşəm bir açılış programı ilə Mustafa Aksu Kültür Mərkəzində başlayıb. Qostivar Uluslararası Vizyon Universiteti, Kıbrıs Batı Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası və Kayseri Olgunlaşma İnstitutunun ortaqlıq etdiyi konfransda müxtəlif ölkələlərdən (Azərbaycan, Əfqanıstan, Macarıstan, Şimali Makedoniya və İraq) 100-dən çox elm xadimi iştirak edib. Konfransda Dəvəli, Aşık Seyrani və Türk Kültürü mövzulu çox dəyərli elmi məruzələr dinlənilib. Konfransda iştirak edən AMEA Folklor İnstitutunun alimləri - prof.Seyfəddin Rzasoy "XIX. Yüzyıl Âşık Şiirinde “Âşık” Karakterinin Semantik Yapısı: Âşık Seyrani Ve Âşık Elesger", Əli Şamil "Orta Asiya türklüyü", dos. Qalib Sayılov "Aşık Şiirinde Ticari Kavramlar", dos. İlhamə Qəsəbova "Türk Etnik Kültür Geleneğinde Arkaik Yas Gelenekleri (Ozan-Âşık-Bahşi Geleneğine Göre)", dos. Ləman Süleymanova "Kına Törenlerinin Dünü ve Bugünü", dos. Aynur İbrahimova "Bahtiyar Vahapzade'nin Yaratıcılığında Ulusal Hafızadan Gelen Enerji: “Kendimizi Kesen Kılıç” Eseri Temelinde" və Məhsəti Süleymanova "Çocukların Eğitiminde ve Gelişiminde Oyunların Rolü" mövzusunda məruzələr ediblər.


|