"Mərasim folkloru məsələləri" kitabı nəşr olunub

AMEA Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin hazırladığı "Mərasim folkloru məsələləri" l kitabı nəşr olunub. Kitabda mərasim folkloruna aid araşdırmalar təqdim olunmuşdur. Mərasim folkloru şöbəsinin əməkdaşlarının məqalələrindən ibarət olan bu kitabda mərasim folklorunun müxtəlif problemləri tədqiqata cəlb edilmişdir. Tədqiqatdan humanitar elm sahəsinin mütəxəssisləri, alimlər, müəllimlər və universitet tələbələri faydalana bilərlər. Kitabın redaktoru Ağaverdi Xəlil, tərtibçisi Sürəyya Əlizadə, rəyçiləri Vəfa İbrahim və Atif İslamzadə, nəşriyyat redaktoru Şəhla Hüseynli, korrektoru isə Qumral Məmmədovadır.
"Elm və təhsil" nəşriyyatında nəşr edilmiş kitab 218 səhifədir. |