Türkiyəli alim Folklor İnstitutunda qonaq olub
21 iyun 2022-ci il tarixində Türkiyənin "Dünya Söz Akademiyası" Dərnəyinin başqanı, professor Hayrettin İvgin AMEA Folklor İnstitutunun qonağı olub. İnstitutun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanov qonağı səmimi qarşılayıb və iki qardaş ölkə arasında ədəbi-mədəni əlaqələrin tarixi köklərinə nəzər salıb. Görüş zamanı Azərbaycan -Türkiyə folklor əlaqələrinin bugünkü durumu və gələcək perspektivləri də müzakirə olunub.
Qeyd edək ki, prof.H.İvgin Azərbaycan ədəbiyyatını və mədəniyyətini qardaş ölkədə daim təbliğ edən ziyalılardandır.
Tədbirdə Folklor İnstitutunun əməkdaşları ilə yanaşı şair Vüqar Əhməd də iştirak edib.

|