Türkiyəli alimlər Folklor İnstitutunda qonaq olublar
13 iyun 2022-ci il tarixində Türkiyənin Ege Universiteti Türk Dünyası Araşdırmaları İnstitutunun Türk xalq bilimi bölümündən Dos.Dr. Pınar Fedakar və həmin universitetin Türk Musiqisi Konservatoriyasının əməkdaşı Ali Hikmet Gökçen AMEA Folklor İnstitutunda qonaq olublar. Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov qonaqları səmimi qarşılayaraq rəhbərlik etdiyi müəssisənin gördüyü işlər və aşıq sənəti ilə bağlı fəaliyyətindən söhbət açıb.
Türkiyəli qonaqlar görüş zamanı Borçalı aşıq ənənəsi ilə bağlı tədqiqat apardıqlarını qeyd edərək gəlişlərinin əsas məqsədinin Azərbaycanda bu mühitlə bağlı görülən işlərlə yaxından tanışlıq olduğunu bildiriblər.

Akademik Muxtar Kazımoğlu-İmanov söhbət əsnasında institutda Aşıq yaradıcılığı şöbəsinin mövcud olduğunu və qonaqlara bu şöbə ilə əməkdaşlığın onlara fayda verəcəyini qeyd edib. Qarşılıqlı fikir mübadiləsi əsasında keçən görüşdə aşıq sənətinin dünəni, bu günü və gələcək durumu ilə bağlı maraqlı fikirlər səsləndirilib.
Sonda qonaqlara dastanlarla bağlı İnstitutun buraxdığı disklər təqdim edilib və xatirə şəkilləri çəkilib.
Görüşdə İnstitutun Müasir folklor şöbəsinin müdiri, fil.e.d.,prof. Füzuli Bayat, Mifologiya şöbəsinin müdiri, fil.e.d., prof. Seyfəddin Rzasoy, həmin şöbənin aparıcı elmi işçisi, fil.ü.f. d.,dos.İlhamə Qəsəbova və İctimaiyyətlə əlaqələr üzrə məsul şəxs, fil.ü.f.d.,dos.Sönməz Abbaslı iştirak ediblər.
|