AMEA Folklor İnstitutunda doktorluq imtahanları keçirilib
17 may 2022-ci il tarixində AMEA Folklor İnstitutunda 5719.01 – “Folklorşünaslıq” və 5716.01 – “Azərbaycan ədəbiyyatı” fənlərindən fəlsəfə doktorluğu hazırlığı üzrə doktorluq imtahanları keçirilib. AMEA prezidentinin “Yay imtahan sessiyasının keçirilməsi haqqında” 05 aprel 2022-ci il tarixli 100 saylı sərəncamına əsasən institutun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanovun müvafiq əmri ilə doktorluq imtahanlarının keçirilməsi üçün imtahan komissiyası yaradılıb. İmtahanlarda AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin baş mütəxəssisi Səbinə Şıxqayıbova da iştirak edib. “Folklorşünaslıq” ixtisası üzrə 2 nəfər, “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə 1 nəfər bilet üsulu ilə imtahan verib. Nəticələr imtahan bitdikdən sonra imtahan sədri, akademik Muxtar Kazımoğlu-İmanov tərəfindən elan edilib.





|