AMEA Folklor İnstitutu
Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi münasibətilə
“QARABAĞIN QADIN ŞAİRLƏRİ”
mövzusunda Elmi Konfrans
(Bakı şəhəri, 20 iyun 2022-ci il)
 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 mart 2022-ci il tarixli Sərəncamı ilə bu il Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın anadan olmasının 190 illik yubileyi qeyd olunur.
Qarabağ xanlığının sonuncu varisi Xan qızı Natəvan mənbəyini doğma təbiətin gözəlliklərindən alan ədəbi yaradıcılığını xalqa məhəbbət nümunəsinə çevrilən xeyriyyəçilik fəaliyyəti ilə ahəngdar şəkildə uzlaşdırmış, yaşadığı Şuşa şəhərinin abadlığı və mədəni həyatının yüksəlişi üçün böyük zəhmət sərf etmiş, humanist təbiətinə və nəcibliyinə görə fədakarlıq və mərhəmət mücəssəməsi kimi tanınmışdır. İncəsənətin ayrı-ayrı növlərinə dərindən bələd olan sənətkar Şərq poetik ənənələrinə sədaqətlə yazıb yaratmış, mənəvi saflığa çağıran və insana məhəbbət, həqiqətə inam hissi aşılayan, zərif lirizmə malik və parlaq bədii boyalarla zəngin bir irs qoyub getmişdir. Onun başçılıq etdiyi ədəbi məclis öz ətrafında dövrün qabaqcıl ziyalılarını toplamış və Qarabağ ədəbi mühitinin inkişafına güclü təsir göstərmişdir.
Xurşidbanu Natəvanın yaradıcılığı həmişə diqqət mərkəzində saxlanılmış, xatirəsinin əbədiləşdirilməsi istiqamətində ölkəmizdə bir sıra tədbirlər həyata keçirilmiş, o cümlədən 1960-cı ildə Bakıda şairənin heykəli, 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Şuşada büstü ucaldılmışdır. Ermənistan silahlı qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərək buradakı tarixi-memarlıq və mədəniyyət abidələrini vandalcasına dağıdarkən güllə ilə zədələdikləri həmin büst 44 günlük Vətən müharibəsində şəhər şanlı Azərbaycan Ordusu tərəfindən azad olunduqdan sonra əzəli məkanına qaytarılmışdır. Bu gün Natəvanın Şuşada yenidən ucalan və möhtəşəm Zəfərimizin təntənəsini nümayiş etdirən büstü xalqımızın milli mədəni irsə qayğısının rəmzi və mənəvi dəyərlərə ehtiramının təzahürüdür.
AMEA Folklor İnstitutunda Xurşidbanu Natəvanın 190 illik yubileyi şərəfinə “Qarabağın qadın şairləri” mövzusunda Elmi Konfrans keçirmək planlaşdırılır. Sizi Qarabağın qadın şairlərinin həyat və yaradıcılığının araşdırılmasını əhatə edəcək məruzələrlə konfransda iştiraka dəvət edirik.
KONFRANSIN TƏŞKİLAT KOMİTƏSİ
Sədr:
Akad. Muxtar Kazımoğlu-İmanov – AMEA Folklor İnstitutunun direktoru
Elmi heyət (əlifba sırası ilə): Afaq Ramazanova – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun icraçı direktoru (Azərbaycan)
Ağaverdi Xəlil – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri (Azərbaycan)
Elçin Abbasov – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun elmi katibi (Azərbaycan)
Elxan Məmmədli – Fil.ü.f.d., AMEA Folklor İnstitutunun şöbə müdiri (Azərbaycan)
Əfzələddin Əsgər – Fil.e.d., AMEA Folklor İnstitutunun şöbə müdiri (Azərbaycan)
Əli Şamil – AMEA Folklor İnstitutu direktorunun xarici əlaqələr üzrə müşaviri (Azərbaycan)
Əziz Ələkbərli – Fil.e.d., AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi (Azərbaycan)
Fidan Qasımova – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri (Azərbaycan)
Füzuli Bayat – Fil.e.d., prof., AMEA Folklor İnstitutunun şöbə müdiri (Azərbaycan)
İlkin Rüstəmzadə – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri (Azərbaycan)
Leyla Məmmədova – Fil.e.d., AMEA Folklor İnstitutunun şöbə müdiri (Azərbaycan)
Ləman Süleymanova – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri (Azərbaycan)
Mətanət Abbasova - Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri (Azərbaycan)
Nailə Rəhimbəyli – Sən.e.d., prof., AMEA Folklor İnstitutunun şöbə müdiri (Azərbaycan)
Oruc Əliyev - Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri (Azərbaycan)
Ramazan Qafarlı – Fil.e.d., AMEA Folklor İnstitutunun şöbə müdiri (Azərbaycan)
Rza Xəlilov – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri (Azərbaycan)
Seyfəddin Rzasoy – Fil.e.d., prof., AMEA Folklor İnstitutunun şöbə müdiri (Azərbaycan)
Katiblik:
Gülnar Osmanova – fil.ü.f.d., AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi (Azərbaycan)
Nigar İmaməliyeva – AMEA Folklor İnstitutunun böyük laborantı (Azərbaycan) MÜHÜM TARİXLƏR:
• Konfransda iştirak etmək istəyənlər 150-200 sözdən ibarət məruzə özətlərini 10 iyun 2022-ci il tarixinədək xursidbanu.natavan@mail.ru elektron poçt ünvanına göndərə bilərlər.
• Özətlərin qəbul edilib-edilmədiyi haqqında müəlliflərə 13 iyun 2022-ci il tarixinədək elektron poçt ünvanı vasitəsi ilə məlumat veriləcəkdir.
• Konfrans 20 iyun 2022-ci il tarixində AMEA Folklor İnstitutunda gerçəkləşdiriləcəkdir. |