"Qorqud" ansamblının bədii rəhbəri mükafatlandırılıb

AMEA Folklor İnstitutunun "Qorqud" ansamblının bədii rəhbəri, Respublikanın Əməkdar artisti, muğam ifaçısı Nuriyyə Hüseynova Müdafiə Nazirliyi tərəfindən "Mənim sədaqətim mənim şərəfimdir" medalı ilə təltif edilib. Qeyd edək ki, ifaçı hər zaman milli-mənəvi dəyərləri uca tutub, vaxtaşırı şəhid ailələrini ziyarət edib. Xanəndə N.Hüseynova eyni zamanda hərbi qospitallarda hərbçilərin, sərhəd xidmətlərində, xüsusi təyinatlılarda xidmət edən əsgər və zabitlərin qarşısında da vətənpərvərlik mövzusunda konsert proqramları ilə çıxıb edib.
