Qazax rayon İcra Hakimiyyəti, AMEA Folklor İnstitutu,
Erzincan Binali Yıldırım Universiteti, Bakı Dövlət Universitetinin Qazax filialı
və "Aşıq Şəmşir" Mədəniyyət Ocağının
birgə təşkilatçılığı ilə
 Aşıq Şəmşir və S.Vurğunun xatirəsinə həsr edilmiş
"Aşıq sənəti və yazılı ədəbiyyat" mövzusunda
Beynəlxalq Elmi Konfrans
(Qazax şəhəri, 13 May 2022)
Azərbaycan aşıq ədəbiyyatını inkişaf etdirən, onu mövzu və janr baxımından zənginləşdirən, aşıq sənətinin yüksək zirvəyə qalxmasında xüsusi xidmətləri olan sənətkarlarımız arasında Aşıq Şəmşirin özünəməxsus yeri vardır. Ustadın özündən sonra da yetirmələri onun bu missiyasını davam etdirmiş və nəticədə Azərbaycan aşıq ədəbiyyatında zəngin poetik irs ərsəyə gəlmişdir.
Aşıq Şəmşirin poetik irsinin geniş tədqiqi, nəşri və təbliği sahəsində mühüm işlər görülmüşdür. Saz-söz sənətində göstərdiyi xidmətlərə görə Aşıq Şəmşir 9 dekabr 1963-cü ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. 1973-cü ildə Ümummilli lider Heydər Əliyevin imzaladığı qərara əsasən, Aşıq Şəmşirin 80 illik yubileyi geniş qeyd olunmuş, görkəmli sənətkar 14 mart 1973-cü ildə Şərəf nişanı ordeni ilə təltif edilmişdir. 1980-ci ildə daha bir qərara əsasən Kəlbəcərin Mədəniyyət evinə Aşıq Şəmşirin adı verilmişdir. Azərbaycanın müstəlillik illərində isə Heydər Əliyevin 2003-cü ildə imzaladığı sərəncama əsasən, Aşıq Şəmşirin 110 illik yubileyi dövlət səviyyəsində qeyd edilmiş, Göygöl rayonundakı 7 illik uşaq musiqi məktəbinə Aşıq Şəmşirin adı verilmiş və orada büstü ucaldılmışdır.
2010-cu ildən "Aşıq Şəmşir" Mədəniyyət Ocağı fəaliyyətə başladı. 2015-cı ildən "Aşıq Şəmşir" Mədəniyyət Ocağı UNESCO-da məsləhətçi statusu qazandı.
Aşıq Şəmşirin 125 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2 aprel 2018-ci il tarixli Sərəncam imzalamışdır. Gələn il Aşıq Şəmşirin anadan olmasının 130 illik yubileyidir. Bu konfrans sənətkarın yubileyinə hazırlıq kimi də qeyd edilə bilər.
Səməd Vurğun xalqın yaddaşında təkcə ilhamlı şair, görkəmli ədəbiyyat adamı deyil, həm də xalqın hər bir ağrısına ürəkdən yanan vətənpərvər bir insan kimi əbədiləşib. XX əsr Azərbaycan ədəbiyyatının inkişafında Səməd Vurğunun müstəsna xidmətləri olub.
Səməd Vurğunun Azərbaycan ədəbiyyatının bir parçası olan Kəlbəcər ədəbi mühitinin inkişafına da xüsusi təsiri olub. Ölməz şairin ötən əsrin 50-ci illərində Kəlbəcərə-İstisuya məşhur səfəri və buranın saz-söz adamları ilə unudulmaz görüşləri bölgənin ədəbi mühitində yeni bir səhifə açdı.
Kəlbəcərin cənnət misal bir parçası olan Boyaqlı Turşsuyu adlanan ərazisində şairin Aşıq Şəmşirlə görüşü təşkil edilir. İlk dəfə Səməd Vurğunla üzbəüz görüşən Aşıq Şəmşir kəlbəcərlilərin adından böyük şairə şeirlə xoş gəldin eləyir:
Elimin, günümün böyük şairi,
Gətirib dağlara səfa, xoş gəlib!
Yolunu gözlədik biz intizarla,
Eyləyib əhdinə vəfa, xoş gəlib!
Səməd Vurğun və Aşıq Şəmşir dostluğu Qazax–Kəlbəcər ədəbi-mədəni əlaqələrini bir daha möhkəmləndirir, hər iki ustadın görüşü, dostluğu dastana çevrilir.
Bildiyimiz kimi, Kəlbəcər 1993-cü il aprel ayının 3-dən Ermənistan ordusunun işğalı altında idi. 1993-cü il mart ayının 23-dən aprel ayının 3-dək gedən gərgin döyüşlərdən sonra 60 min Kəlbəcər sakini öz dədə-baba yurdundan didərgin salınmışdı. Nəhayət, 44 günlük Vətən müharibəsindən sonra 25 noyabr 2020-ci il tarixində Kəlbəcər rayonu işğaldan azad edilmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri rayona daxil olmuş və nəzarəti ələ almışdır.
Qazax rayon İcra Hakimiyyəti, AMEA Folklor İnstitutu,
Erzincan Binali Yıldırım Universiteti, Bakı Dövlət Universitetinin Qazax filialı
və "Aşıq Şəmşir" Mədəniyyət Ocağının birgə təşkilatçılığı ilə g örkəmli sənətkarların Azərbaycan ədəbiyyatının inkişafındakı misilsiz xidmətləri nəzərə alınaraq "Aşıq sənəti və yazılı ədəbiyyat" mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilməsi planlaşdırılmışdır. Konfrans üz-üzə və onlayn keçiriləcəkdir. Konfransın əsas məqsədlərindən biri də Kəlbəcərin işğaldan azad olmasının qeyd edilməsi ilə bağlıdır.
Sizi, Aşıq Şəmşirin, S.Vurğunun zəngin yaradıcılığını, ümumiyyətlə, aşıq sənəti və yazılı ədəbiyyatın müxtəlif istiqamətlərini əhatə edəcək məruzələrlə konfransda iştiraka dəvət edirik.
KONFRANSIN TƏŞKİLAT KOMİTƏSİ
Rəcəb Babaşov - Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Binali Yıldırım- Türk Devletleri Teşkilatı Aksakallar Heyeti Başkanı
Nizami Cəfərov - Milli Məclisin üzvü, akademik
Muxtar Kazımoğlu-İmanov - AMEA Folklor İnstitutunun baş direktoru, akademik
Cavid Qurbanov - "Aşıq Şəmşir" Mədəniyyət Ocağının sədri
Akın Levent - Erzincan Binali Yıldırım Universitetinin rektoru, professor-Türkiyə
Cabbar İsankul - Özbekistan Bilimler Akademisi Əlişir Nəvai Dövlət Ədəbiyyat muzeyinin
müdiri, professor- Özbəkistan
Ali Kafkasyalı - Erzincan Binali Yıldırım Universiteti, professor - Türkiyə
Abdulkadir Gül - Erzincan Binali Yıldırım Universiteti, professor - Türkiyə
Arif Rüstəmov - BDU Qazax filialının direktoru, dosent
Misgər Məmmədov - Azərbaycan Dillər Universiteti, dosent
Elmi heyət:
Əziz Ələkbərli - Milli Məclisin üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent
Gülaya Həsənova - Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri, fizika-riyyaziyyat elmləri namizədi
Afaq Ramazanova - AMEA Folklor İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru,
dosent
Seyfəddin Rzasoy - AMEA Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor
Ramazan Qafarlı - AMEA Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru
Əfzələddin Əsgər - AMEA Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru
Ağaverdi Xəlil - AMEA Folklor İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent
Rza Xəlilov - AMEA Folklor İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent
Elçin Abbasov - AMEA Folklor İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent
Elxan Məmmədli - AMEA Folklor İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru
Cabbar İsankul - Özbekistan Bilimler Akademisi Əlişir Nəvai Dövlət Ədəbiyyat muzeyinin
müdiri, professor- Özbəkistan
Kobulay Kolukırık - Kirşehir Ahi Evran Universiteti, Muzik bölümü başkanı, professor-Türkiyə
Feyzan Gövher - N iğde Ömer Halisdemir Universiteti, professor- Türkiyə
Mahmud Kamaloğlu - Ukrayna-Gürcüstan Beynəlxalq Universiteti, professor
Nailə Rəhimbəyli- AMEA Folklor İnstitutunun şöbə müdiri, professor
Ali Asker - Karabük Universiteti, professor.- Türkiyə
Həbib Misirov- YAP Kəlbəcər rayon təşkilatının sədri
Məmməd Yusifov - BDU Qazax filialının tədris və elmi işlər üzrə direktor müavini, dosent
Dinara Aşimova- Abay Kazak Milli Pedaqoji Universiteti, Dr. -Qazaxstan
Adil Cəmil - Filologiya üzrə fəlsəfə doktoru, əməkdar jurnalist
Leyla Məmmədova - AMEA Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, dosent
Fidan Qasımova - AMEA Folklor İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru,
dosent,
İlhamə Qəsəbova - AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə
doktoru, dosent
İradə Arıxova - BDU Qazax filialının kafedra müdiri, filologiya elmləri namizədi
Sədr: İlhamə Qəsəbova - AMEA Folklor İnstitutu, f.ü.f.dok. dos
Katiblik: Jalə Mirzəyeva - BDU Qazax filialı, tələbə
Yetər Dünyamalıyeva - BDU Qazax filialı, tələbə
MÜHÜM TARİXLƏR:
• Konfransda iştirak etmək istəyənlər məruzənin tam mətnini 8 may 2022-ci il tarixinədək
shemsirvurgun2022@mail.ru elektron poçt ünvanına göndərə bilərlər.
• Məruzələrin qəbul edilib-edilmədiyi haqqında müəlliflərə 10 may 2022-ci il tarixinədək elektron poçt ünvanı vasitəsi ilə məlumat veriləcəkdir.
• Konfrans 13 may 2022-ci il tarixində Qazax şəhərində gerçəkləşdiriləcəkdir.
MƏRUZƏLƏRİN YAZI QAYDALARI:
• Özətlər 150-200 sözdən ibarət olmalıdır.
• Məqalələr e-mail ilə göndərilməlidir.
• Yazı: Microsoft Office Word, Kağız: A4.
• Səhifə qaydası: Üst: 2,5, Alt: 2,5, Sağ: 2,5, Sol: 2,5
• Yazı puntu: Başlıq 12 şrift ölçüdə, yağlı.
• Məruzə: 12 şrift ölçüdə.
• İnterval: 1,5.
• İstifadə edilmiş ədəbiyyat siyahısı məruzənin sonunda “Qaynaqlar” yarımbaşlığı altında yazılmalıdır. Ədəbiyyat siyahısı müəlliflərin soyadlarına uyğun olaraq əlifba sırası ilə düzülməli, sıra nömrəsi göstərilməlidir. Məruzədə istifadə edilməyən ədəbiyyat qaynaqlarda göstərilməməlidir. Əgər məruzəçi arxiv sənədlərindən, dissertasiyalardan, əlyazma hüququnda olan materiallardan istifadə etmişsə, onlar da “Qaynaqlar”da göstərilən qaydada yazılmalıdır. “Qaynaqlar”dan sonra üç dildə (Azərbaycan, rus, ingilis) xülasə və açar sözlər verilməlidir. Məruzə Azərbaycan türkcəsi və Türkiyə türkcəsində olacaq.
• Məqalələr kitabda nəşr ediləcək. Kitab konfrans iştirakçılarına pulsuz paylanacaq.
• Konfrans haqqında məlumatı www.folklor.az səhifəsindən əldə etmək olar.
• Məruzədə ətək yazısı (snoska) olduqda internet saytında yerləşdirilərkən problemlər yaradır. Buna görə də ətək yazısı (snoska) ilə olan məruzələr qəbul edilmir. Məruzə daxilində qaynaqlar kodlaşdırılmış qayda ilə verilməlidir.
• Hər bir məruzəçi üçün maksimum 10 dəqiqə vaxt ayrılacaqdır. Bölmə iclaslarının sonunda müzakirələr keçiriləcəkdir.
• Elektron poçt ünvanı ilə göndərilməyən və elanda göstərilmiş qaydalar əsasında təqdim edilməyən məruzələr qəbul edilməyəcəkdir.
• Konfransda iştirak etmək üçün ödəniş tələb edilmir.
• Konfransda iştirak etmək istəyənlər yol xərclərini öz vəsaitləri hesabına ödəməlidirlər. Qidalanma və otel xərci təşkilat komitəsi tərəfindən ödəniləcək.
Əlaqə nömrəsi: (99412) 4929314 - (994) 50 4281747 |