Folklor İnstitutunda “Bu gündən sabaha elm” adlı tədbir keçirilib
30 mart 2022-ci il tarixində AMEA Folklor İnstitutunda Elm günü ilə bağlı “Bu gündən sabaha elm” adlı tədbir keçirilib. Tədbirdə Folklor İnstitutunun əməkdaşları ilə yanaşı, Sumqayıt Dövlət Universitetinin tələbələri də iştirak ediblər. Tədbiri açan Folklor İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fil.ü.f.d.Xanım Mirzəyeva bildirib ki, hər il Azərbaycanda qeyd olunan Elm günü elmlə məşğul olan Azərbaycan elmi ictimaiyyətinin bayramıdır. 2018-ci il aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında sərəncam imzalayıb. X.Mirzəyeva daha sonra bildirib ki, bu tarix AMEA-nın təsis olunduğu günə təsadüf olunduğu üçün xüsusi əhəmiyyət daşıyır. O, çıxışı zamanı ölkəmizdə elmin inkişaf etdirilməsinə dövlət tərəfindən böyük qayğının göstərildiyini də vurğulayıb.
Tədbirdə iştirak edən Sumqayıt Dövlət Universitetinin tələbələri karyeralarının inkişafında təhsillə yanaşı, elmi fəaliyyətin də mühüm rol oynadığını vurğulayıblar.

 |