Əməkdaşımız Bakı Dövlət Universitetində "Ustad dərsi" verib

30 mart 2022-ci il tarixində AMEA Folklor İnstitutunun İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi, fil.ü.f.d.,dos.Sönməz Abbaslı Bakı Dövlət Universitetində Filologiya fakültəsi Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə "Azərbaycan lətifələri" mövzusunda "Ustad dərsi" verib. Əməkdaşımız bildirib ki, əksər xalqlar arasında müxtəlif istilahlarla tanınan lətifələr folklorun müstəqil janrı kimi hər zaman söyləyici-dinləyici nəslinin yaşam gündəminə çevrilib. Ayrı-ayrı tarixi mərhələlərdəki hakim təbəqənin, o sıradan ictimai -siyasi quruluşdakı nöqsan və çatışmazlıqların xalq satirası və yumoru vasitəsilə ifşa hədəfinə çevrilməsi daim gündəmdə dayanan məsələlərdən olmuşdur. Əməkdaşımız çıxışı zamanı lətifələrin toplanma, nəşr məsələlərinə də geniş nəzər salıb.


|