Türkiyənin Antalya şəhərində keçirilən V Uluslararası Nevruz Zirvesi Konfransı başa çatıb
AMEA Folklor İnstitutunun Dədə Qopqud şöbəsinin müdiri, professor Ramazan Orucoğlu Qafarlının rəhbərlik etdiyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Nağı qızı Hüseynovanın dəvətli qonaq kimi iştirak etdiyi Türkiyənin Antalya şəhərində keçirilən 17-21 mart V Uluslararası Nevruz Zirvesi Konfransı başa çatıb.
20-dən çox ölkənin iştirakıyla gerçəkləşən bu kutlama şöləni Türk Dünyasının və qardaş ölkələrin tanınmış elm insanlarını bir araya gətirərək, onların qədim ortaq tarix və mədəniyyətini əks etdirən Novruz bayramının Türkiyədə də geniş şəkildə keçirilməsinə vəsilə olub.

Programın açılış çıxışlarını konfrans iştirakçılarını Antalya şəhərində qonaq edən Muratpaşa Belediyesi başkan vəkili Hüseyin Sarı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova,
Azərbaycan Milli Elmlər Akademiyasının təmsilçisi, professor Ramazan Qafarlı, İKSAD-ın qurucularından olan professor Mustafa Talas və professor Mustafa Ünal ediblər.
Türk dünyası və qardaş ölkələrdən gələn qonaqlara İKSAD Onur Kurulu üyesi cübbe geydirmə törəni ardından, bədii hissədə Türkiyənin milli folklor rəqs kollektivi rəngarəng çıxışlar edib, konfransda iştirak edən elm insanları da rəqslər ediblər. Bədii hissədən sonra konfrans təşkilatçıları iştirakçılara plaket və hədiyyələr təqdim ediblər.

 |