Folklor İnstitutunun əməkdaşları Sabunçu rayonundakı 170 saylı orta məktəbdə qonaq olublar
 18 mart tarixində AMEA Folklor İnstitutunun İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi, fil.ü.f.d.,dos.Sönməz Abbaslı və Xarici əlaqələr şöbəsinin elmi işçisi Vəfa Saleh Bakının Sabunçu rayonundakı 170 saylı orta məktəbdə "Bahar çələngi" adlı Novruz şənliyinə qonaq kimi dəvət olunublar. Əməkdaşlarımız körpə fidanlara Novruz bayramının mahiyyətini, unudulmuş adət-ənənələrini anladıblar. Çıxışlarda bildirilib ki, təbiətin oyanışı ilə birlik, bərabərlik, bolluq və bərəkətin təməl daşı olan bahar bizə özü ilə "yeni gün" anlamına gələn Novruzu gətirir. Novruz qədim zamanlardan insanları bir-birinə yaxınlaşdıran, xoş ovqat bəxş edən bütün Türk dünyasının diriliş, oyanış bayramıdır. Əməkdaşlarımız çıxışlarda vaxtilə Novruz bayramı şənliklərində icra edilən unudulmuş xalq oyun və meydan tamaşalarına da diqqət çəkiblər.

|