İlhamə Qəsəbova "Durna teli" verilişinin qonağı olub

18 mart tarixində AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova Azərbaycan radiosunda Dilşad Mirzoyevanın təqdimatında "Durna teli" verilişinin qonağı olub. Əməkdaşımız Novruz bayramında arxaikləşmiş adət-ənənələr, inanclar, mərasimlərlə bağlı çıxış edib. Həmkarımız 18 mart Çanakkale Zəfəri münasibəti ilə Türk xalqını təbrik edib, Çanakkale şəhidlərinə rəhmət diləyib. Veriliş qardaş Türkiyənin TRT- TSR kanalı ilə 12:30-da canlı yayımlanıb. |