İlhamə Qəsəbova "Novruz-Qarabağın yeni günü" adlı festivalda iştirak edib

17 mart tarixində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Novruz-Qarabağın yeni günü” adlı festival keçirilib. Festival Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Muzey Sərgi Kompleksinin birgə təşəbbüsü ilə həyata keçirilib. Festival iki hissədən- elmi praktik konfrans və sərgidən ibarət olub. Festivalda AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova "Qarabağda Novruz adətləri, ritualları və Çillə gecələri haqqında məruzə ilə çıxış edib. |